Qazaxıstan parlamenti Nur-Sultanın əvvəlki adına qaytarılmasını təklif edir
Qazaxıstanın paytaxtı Nur-Sultana yenidən Astana adı qaytarıla bilər.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
O bildirib ki, təklif Konstitusiya Şurasına baxılması üçün təqdim edilib.
Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyan digər obyektlərin adı dəyişdirilməyəcək.
"Bu təşəbbüslə bağlı prezidentə məlumat verən deputatlar da öz növbəsində əhali ilə görüşlər zamanı dəfələrlə səslənən təkliflərə, habelə referendum zamanı vətəndaşların çoxsaylı müraciətlərinə əsaslanıb. Parlamentarların təklifi dövlət başçısının razılığı ilə Konstitusiya qanunu layihəsinə daxil edilib", – deyə Jeldibay özünün "Facebook" səhifəsində yazıb.
Mətbuat katibi qeyd edib ki, respublika rəhbəri Qazaxıstanın inkişafında Nazarbayevin rolunu tarixi hesab edir.
"Birinci prezidentin adına olan digər obyektlər öz adlarını saxlamalıdır", – deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də "Yeni Qazaxıstan" parlament qrupu Nur-Sultanın əvvəlki adına – Astanaya qaytarılmasını təklif edib. Qazaxıstan paytaxtının adı 2019-cu ilin martında respublikanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilib. Bundan əvvəl şəhər bir neçə dəfə adını dəyişib. 1830-cu ildə qurulanda Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1998-ci ilə qədər Akmola, sonra isə Astana adlandırılıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı