Qazaxıstan taxıl və un ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır
Qazaxıstan taxıl və un ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və iribuynuzlu mal-qaranın ixracı üçün kvota müəyyən etmək qərarına gəlib.
KONKRET.az "Interfax"a istinadən xəbər verir ki, müvafiq qərar çərşənbə günü Qazaxıstanın Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyasının iclasında qəbul edilib.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə yaxşı taxıl məhsulu gözlənilir.
"Bu il 13 milyon tondan çox buğdanın yığılması planlaşdırılır ki, bu da ötənilki məhsulu 12% üstələyir. Daxili istehlak üçün təxminən 6,5 milyon ton tələb olunur. Müzakirələrdən sonra 2022-ci il sentyabrın 10-dan buğda və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb", – məlumatda deyilir.
Bu məhdudiyyət Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə 2022-ci il iyulun 8-dən sentyabrın 30-dək olan müddət üçün tətbiq edilib.
İclasda damazlıq mal-qara istisna olmaqla, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın ixracına kəmiyyət məhdudiyyətlərinin müəyyən edilməsi də təsdiq edilib.
Statistik məlumatlara görə, 2022-ci il avqustun 1-nə Qazaxıstanda iribuynuzlu mal-qaranın sayı 9,4 milyon baş təşkil edib.
"Qərar verilib ki, 60 min baş və ya ümumi mal-qaranın 9 faizi, o cümlədən 120 min baş qoç və ya ümumi mal-qaranın 10 faizi həcmində dana ixracı üçün kvota müəyyən edilib", – məlumatda bildirilir.
Qeyd edək ki, Qazaxıstanda bu il yanvarın 21-dən iyulun 21-dək iribuynuzlu və xırdabuynuzlu mal-qaranın ixracına qadağa qoyulub.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var