Qazaxıstan XİN: "Tayvan Çinin ayrılmaz hissəsidir"

Qazaxıstan XİN: Qazaxıstan "vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.
"Tayvanda keçirilmiş seçkilərlə əlaqədar Qazaxıstan Respublikası "vahid Çin" prinsipini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir və təsdiq edir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir", – Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsi qeyd edib.
"Biz Çin Xalq Respublikası hökumətinin ölkənin sülh yolu ilə birləşməsinə nail olmaq üçün səylərini dəstəkləyirik", – XİN əlavə edib.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş "prezident və parlament seçkiləri" keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.
Rəsmi Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onu parçası olduğunu xatırladıb.
Fransa Çin Respublikası – Tayvanda keçirilmiş seçkilərin nəticələrini alqışlayıb və "vahid Çin" prinsipi əsasında ada ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Azərbaycan XİN "vahid Çin" siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb.
Daha öncə "The Economist" Çinin seçkiqabağı Tayvan əhalisinin ABŞ-nin onların ən böyük təhdidi olduğunu düşünməsini istəməsinə dair məqalə dərc etmişdi.
Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Siyasi       Tarix: 14 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber