Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələri xüsusi terminal vasitəsilə VERİLƏCƏK

Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələri xüsusi terminal vasitəsilə VERİLƏCƏKQazaxıstanda vətəndaşlar pasport və şəxsiyyət vəsiqələrini xüsusi terminal vasitəsilə ala biləcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İlk belə terminal Astanada xidmət mərkəzində quraşdırılıb.
"Qazaxıstanda ilk dəfə olaraq Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi ilə birlikdə sənədləşmə terminalından istifadə etməklə vətəndaşlara pasport və şəxsiyyət vəsiqələrinin verilməsi üzrə pilot layihəyə start verir. İndi istənilən vətəndaş müstəqil olaraq pasport və ya şəxsiyyət vəsiqəsi üçün müraciət edə bilər", – təqdimatda iştirak edən daxili işlər naziri Marat Axmetjanov deyib.
Onun sözlərinə görə, terminaldan istifadə etmək üçün vətəndaş bütün məlumatları doldurmalı, biometrik identifikasiyadan keçməli, şəkil çəkdirməli, imza atmalı və QR kodundan istifadə edərək xidmət haqqını ödəməlidir.
Qeyd olunub ki, xidməti alan şəxs terminal vasitəsilə ərizə təqdim etdikdən sonra miqrasiya xidmətinin əməkdaşı ilə əlaqə saxlamalıdır. Bir neçə dəqiqə çəkən prosesdə ərizənin, fotoşəkilin və imzanın düzgün təqdim edilməsinin tələblərə uyğunluğu yoxlanılacaq.
Əhaliyə xidmət mərkəzində hazır sənədlərin verilməsi üçün avtomatlaşdırılmış məntəqə də fəaliyyət göstərir.
Nazirlikdən bildirilib ki, bu texnologiya dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətini və sürətini artıracaq, sənədlərin işlənməsi vaxtını əhəmiyyətli dərəcədə azaldacaq və korrupsiya risklərini minimuma endirəcək.
Gələcəkdə layihənin bütün bölgələrdə həyata keçirilməsi nəzərdə tutulur.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim butun xeberler az xeber cəbhədən son xeber