Qazaxıstandan ABŞ-la bağlı İNANILMAZ ADDIM: bütün hava məkanını...
Qazaxıstan və ABŞ "açıq səma" prinsipləri əsasında hava əlaqəsi barədə müqavilə imzalayıb.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Müqaviləyə əsasən, tərəflər daşıyıcıların sayına, təyinat nöqtələrinə və tezliklərə məhdudiyyət qoyulmadan, o cümlədən hava azadlığının beşinci dərəcəsi ilə uçuşlar həyata keçirə bilər.
Sazişin Qazaxıstan üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatının daha da liberallaşdırılması üçün verdiyi tövsiyələrə uyğun olaraq "açıq səma" prinsiplərini təmin edən ilk belə sənəd olduğu vurğulanıb.
Məlumata görə, saziş Qazaxıstan və ABŞ arasında birbaşa planlaşdırılan uçuşlar üçün hüquqi baza yaradacaq və strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək