"Qəbələ" legionerini yarım milyon manata satdı
Ötən mövsüm "Qəbələ"nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək.
KONKRET.az sportinfo.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda "Zirə"nin rəqibi olmuş "Dunayska Streda" (DAC 1904) ilə müqavilə bağlayıb.
Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması "Qəbələ"yə kifayət qədər ciddi məbləğ qazandırıb – 250 min avro, təxminən 500 min manat.
İstedadlı gənclərə şans verən və onların Avropa klublarına satışından yaxşı maliyyə qazanan "Dunayska Streda" Ovusunun xoş gələcəyinə ümid edir.
Klub rəhbərliyi inanır ki, yaxın 1-2 il ərzində qanalı futbolçunu 2-3 qat baha qiymətə başqa kluba satmaq mümkün olacaq.
Təxminən yarım milyon manatdan keçmələri də buna görədir.
Maraq üçün bildirək ki, Prins Ovusu ötən mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 34 oyunda 7 qol və 3 assistlə fərqlənmişdi.
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA