Qəhrəmanın sorağı ilə…

Qəhrəmanın sorağı ilə…Qubanın Qamqam kəndinədir yolum; bir qəhrəmanın işığına doğru irəliləyirəm.
Qəhrəmanların həyat yolunu yazmağı borc bilirəm özümə, dənizdən bir damla kimi əlimdən gələn mənəvi dəstəyi yerinə yetirməyə gedirəm.
Payız yağışı ara vermir, dağ kəndinə doğru qalxdıqca soyuq hava üşüdür əllərimi. Deyəsən, üşüyən əlim deyil, düşündüklərim,ürəyimdən keçənlər dondurur məni. Yol boyunca üzü nurlu igidlərin rəsmi müşayiət edir adamı, hər yer şəhid xatirəsidir burda…
Sadə bir kənd evində, müəllim ailəsindəyəm. Yenə qara şallı ana var, hüzünlü gözləriylə qarşılayır məni. Xalidə anadır, illərin pedaqoqu, qəhrəman ana. Döyüşlərin ilk günündən ön cəbhədə olan, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə vuruşanlar sırasında ön cərgədə yer alan, Cəbrayılda bayrağımızı ilk dəfə qaldıran hərbçi, döyüşçü, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin anası.
Elə qəhrəman kimi də məğrur duruşu var, təmkini əsl Azərbaycan xanımına məxsusdur; çay süfrəsində sakit səslə söhbətə başlayırıq.
"Qızım, Mehrab bu dünyaya o amalla göz açmışdı, bütün fikri, amalı torpaqlarımızın azad olunması ilə formalaşmışdı əzəldən. O amalla yaşadı, o amalla da getdi, son nəfəsinə qədər Vətən dedi" (gözləri dolur, qalxıb divar boyu düzülən şəkilləri düzəldir)
O sırada mən də şəkilləri bir-bir araşdırıram. Lap başdan Ali Baş Komandanla böyüdülmüş rəsm vurulub, əzəmət yağır şəkildən. Qürurla baxıram.
Bütün şəkillər bitəndən sonra divarboyu bir rəsmə yaxınlaşıram , şux geyimli, gözəl bir qadın var orta yaşlı Mehrabla qol-boyun şəkildə.
"Bu kimdir, bəs ana? "
Evin divarına böyük rəsmi vurulubsa, ailədəndir deyə düşünürəm.
Qəhər qarışıq məzəmmətlə üzümə baxır:
-Mənəm də…
Yenə soyuqdur… Yenə üşüyürəm, sobanın kənarına yaxınlaşıram qızınmaq ümidi ilə. Nənəmin bir sözü yadıma düşür "Fələyin kəndiri kəsilsin"
Qara saçlarını vaxtsız ağardan alagöz oğlanın dərdinə qurban, ana. Sizi vaxtsız qocaldan o oğlanların sayəsində oturmuşuq isti ocağımızda-alnı açıq,başı dik. O oğlanların canı, qanı bahasına qalib xalqıq, bu gün bütün dirçəlişimizi onlara, onları dünyaya gətirən valideynlərə borcluyuq.
Qəhrəman oğulun qəhrəman da atası var-Söhrab kişi. İllərin müəllimi, əsl azərbaycanlı. Əslində bu gün məni bura gətirən bir səbəb də atamızın yaxın günlərdə 70 yaşını tamamlaması idi. Oğlunun şəhadətə ucaldığı vaxta düşür doğum günü. O gündən də doğulduğu günü qeyd etməyi unudan bu nurani insanı yad etməkdir məqsədim.
Əllərindən öpürük, ata, şəxsiyyətinlə, əzəmətinlə, yetişdirdiyin qəhrəmanla hər zaman yaddaşımızda əziz qalacaqsan, hörmətin dağlardan böyükdür. Sən yüz yaşa ki, gələcək nəsillərə örnək atanın necə olduğunu göstərəsən, biz səninlə fəxr edirik. "Şəhid unudulanda ölür" deyir atamız. Unutmadıq,ata, unutmarıq, unutdurmarıq. Şuşa fatehi unudulmaz. Qəhrəmanlarımız həmişə xatirələrdə , yazılarda yaşayacaq.
Mehrabın döyüş fəaliyyəti haqqında- şücaətlərini qələmə alsam, bu yazının sonu olmaz, yəqin ki. Dönə-dönə yazılıb, lentə alınıb, kitablar nəşr olunub. Hər biri Mehrabın əziz xatirəsinə bir ehtiramdır. "Cəsur ürək", "Şimal qartalı" adlı kitablar, yüzlərcə məqalələr nəşr olunub. Xüsusi Təyinatlı Qüvvələr – "Yaşma" qrupunun hazırlığı, döyüş taktikaları və bilmədiyimiz tərəfləri haqqında "Kod adı: Yaşma" adlı sənədli filminin qəhrəmanları Vətən müharibəsində Ermənistan ordusuna qarşı keçirilən ən çətin əməliyyatları planlaşdıran və icra edən Xüsusi Təyinatlı Qüvvələr mənsublarıdır. Bu mənsubların biri bizim Vətən müharibəsi qəhrəmanımız Mehrab idi. Filmin sonunda qəhrəmanımızın atası Söhrab Niftəliyevin ürək sözləri Şuşada— Mehrabın ən böyük arzusu olan torpaqda çəkilib.
Qəhrəmanın özündən sonra özü kimi qəhrəman xanımı və övladları yadigar qalıb. Vaxtilə vəfalı yoldaş, sadiq dost olan Vüsalə indi etibarlı övladdır Mehrabın valideynlərinə. Onun necə bir insan olmasını ananın qürur dolu kəlmələrindən anlamaq olur, fəxr dolu kəlmələr süzülür qəlbindən. Övladının əmanətlərindən arxayındır bu qəhrəman qadın sayəsində.
Mərd ürəyinə min əhsən, qadın, qəhrəmana yaraşan əsl xanım olmağınla qürur duyuruq.
Anamızın dilindən Mehrabın ailəsini, övladlarını-Respublika Çempionu qızı Ləmanı fəxr hissi ilə dinləyirik. Qəribə bir doğmalıqla sağollaşıb ayrılıram o evdən.
Beləcə, yol alıram geriyə-üzü küləklər şəhərinə sarı. Yolçu yolunda, qələm kağızında, düşüncələr yazılarda gərək…
Gülər Mübariz / azxeber.com

Sosial       Tarix: 20 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar son xəbərlər bugün 2026 cəbhədən son xeber en son xəbərlər bugün