Qələbəsini şəhidlərə ithaf edən gənc çempiondan təşəkkür məktubu - FOTO

Qələbəsini şəhidlərə ithaf edən gənc çempiondan təşəkkür məktubu - FOTO11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.
Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib. O, öz qələbəsini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısına ithaf edib.
O, bu yarışın təşkilində, bu çətin qələbəni əldə etməsində indiyə qədər iştirakı və əməyi keçənlərə təşəkkür məktubu ünvanlayıb.
Öncə onu vurğulayaq ki, olduqca əlamətdar gün münasibətilə keçirilən yarış həm də ölkəmizdə idmanın inkişafının bariz nümunələrindən biridir. 700-dən çox yarışçının qatılması yarışın əhəmiyyətindən xəbər verir. Bu baxımdan təşkilati məsələlərin də yüksək səviyyədə həllində, gənclərin idmana olan həvəsinin artmasında, bacarıqlarını inkişaf və nümayiş etdirməsində Kikboksinq Federasiyasının xüsusi rolu var.
Gənc idmançı təşəkkür məktubunda Kikboksinq Federasiyasının rəhbəri Orxan Əliyevə, vitse-prezidenti Adil Əliyevə, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə, Daxili Qoşunların komandanlığına, o cümlədən, Qərargah rəisi general-mayor Tofiq Hüseynova, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, Sərhəd Qoşunlarının komandanlığına, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəhbərliyi və şəxsi heyətinə, idman mərkəzinin rəhbərliyinə, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin Kikboksinq klubunun rəhbəri Muxtar Allahyarova, yarışın təşkilatçılarından biri olan Elmin Mehdiyevə, ümumilikdə tədbirin bütün təşkilatçılarına və hakim heyətinə, yarışın baş hakimləri Aydın Ağabəyov, Elşad Ələsgərova, Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırova xüsusi minnətdarlığını çatdırıb.
Bir çox yeniyetmənin, o cümlədən Borcəli Omarın gənc idmançı kimi yetişməsində "Dəmir Yumruq" Kikboksinq klubunun, klubun baş məşqçisi Fərid Babayevin də əməyi danılmazdır. Bununla yanaşı, gənc idmançı müraciətində ailəsinin, xüsusilə də onu Vətənə məhəbbət, idmana peşəkar yanaşma ruhunda böyüdən atası Rəşad Borcəlinin əməyini xüsusi qiymətləndirərək təşəkkür edib. Gənc idmançıdan təşəkkür alanlar arasında Suraxanı rayonu İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinin, S.S.Axundov adına 172 saylı məktəbin direktoru Vəfa Bağırovanın, sinif rəhbəri, müəllim Gülfirə Mehrəliyevanın adı xüsusi vurğulanır. / azxeber.com

Sosial       Tarix: 15 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag axsam az xeberler son xeberler bu gun cəbhədən son xəbər