Qənirə Paşayevaya fəxri doktoru adı verildi - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya "Turan" Akademiyasının tarix elmləri doktoru adı verilib. Bu barədə sənədi Q.Paşayevaya Akademiyanın prezidenti Xaydarbek Bababekov təqdim edib.
Özbəkistanın "Turan" Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaydarbek Bababekov Q.Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini diqqətdə saxladığını və bu işə daim töhfələr verdiyini qeyd edib. O, Q.Paşayevanın Özbəkistana dair nəşrlərini, xüsusilə "Addım–addım Özbəkistan" kitabını yüksək qiymətləndirən akademik onun türk dünyası arasında birlik, həmrəyliyə nail olunması istiqamətində dəyərli alqışa layıq olduğunu qeyd edib.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlərin, onun özbək dilinə tərcümə edilən kitablarının özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu vurğulayan Xaydarbek Bababekov, "Turan" Akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətini təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. /publika.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm