Qərb dövlətləri Putinin Münhen çıxışını diqqətə almamaqda böyük səhv buraxdılar - ŞƏRH

Qərb dövlətləri Putinin Münhen çıxışını diqqətə almamaqda böyük səhv buraxdılar - ŞƏRHUkraynaya hücum həqiqətən Putinin 2007-ci il Münhen çıxışının diqqətə alınmamasının nəticəsidirmi?
Amerikalı politoloq Harlan Ullman Rusiyanın Ukraynaya hücum etməsinin səbəblərini araşdırarkən çox maraqlı bir hipotez irəli sürür. Onun "The Hill" qəzetində dərc olunmuş məqaləsində ortaya qoyduğu tezisə əsasən Qərb dövlətləri Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildəki Münhen çıxışının əsas müddəalarını diqqətə almamaqda böyük səhv buraxdılar.
"Təhlükəsizlik üzrə Münhen konfransında Putin Amerika Birləşmiş Ştatlarını tək qütblü dünya yaratmaqda ciddi şəkildə tənqid etdi və NATO-nun genişləndirilməsinin əleyhinə çıxdı. Putinin cəsarətli hücumu iclas iştirakçılarını heyrətləndirsə də, onlar diqqət yetirmədilər. Bu yanlış idi."- deyə Ullman bildirir
"Putin hesab etdi ki, ABŞ və NATO ona hörmət etmir və Rusiyanın beynəlxalq məsələlərdə oynadığı rolu getdikcə azaldırlar.
Əslində 15 il öncə, amerikalı politoloqun haqqında söhbət açdığı Münhen təhlükəsizlik konfransında nə baş vermişdi?
Rusiya prezidenti Münhendəki çıxışı zamanı təkqütblü dünya ideyasını ciddi tənqid etmiş, bu modeli nəinki qəbul edilməz adlandırmış, hətta müasir dövrdə mümkün olmayan bir məsələ kimi qiymətləndirmişdir. Putin Amerika Birləşmiş Ştatlarının xarici siyasətini qlobal səviyyədə problemlər yaradacağını bildirmiş, NATO-nun genişləndirilməsi və Şərqi Avropada Amerikanın raketdən müdafiə bazalarının yerləşdirilməsini ciddi tənqid atəşinə tutmuşdu, ATƏT-i bir ölkənin maraqlarına xidmət edən "gülünc alət" adlandırmışdı. Rusiya Prezidentinin çıxışı geniş əks-səda yaratmış və hətta mütəxəssislər tərəfindən soyuq müharibənin yenidən başlanması kimi qiymətləndirilmişdi.
Amma Amerikalı senator Lindsi Qrehem Putinin çıxışının Avropa və Amerikanın daha da yaxınlaşmasına səbəb olduğunu bildirmişdi. Onun sözlərinə görə bu çıxışı ilə "Putin Qərb siyasətçilərinin on illərlə edə bilmədiyini etdi.
Üstündən 15 il keçdikdən sonra Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl bildirdi ki, Putinin Münhen konfransındakı çıxışı zamanı söylədiklərinin hamısı "həqiqətə çevrildi", o vaxtdan beynəlxalq aləmdə vəziyyət gərginləşməkdə davam edir.
Rusiya 1999-cu ildən Münhen konfransında iştirak edir. 2019, 2020-ci illərdə bu forumda Rusiyanı Xarici İşlər Naziri Sergey Lavrov təmsil edib. Ötən il pandemiya üzündən konfrans keçilməyib. 2022-ci ildə isə Rusiya konfransda iştirakdan imtina edib.
The Hill qəzetində gedən məqalədə müəllif ABŞ-la Rusiyanın münasibətlərinin kəskinləşməsinə səbəb olan sonrakı proseslərə də toxunub. Onun 2008-ci ildə NATO-nun Buxarest zirvə görüşündə baş verən hadisələri təsvir etməsi diqqəti cəlb edir. Müəllif bu zirvə görüşünü növbəti dönüş nöqtəsi kimi qiymətləndirir. Zirvə görüşündə Gürcüstan və Ukrayna NATO-ya girmək üçün fəaliyyət planı hazırlanmasını tələb etdilər. Amma Fransa və Almaniya Gürcüstan və Ukraynanın əldə etmək istədiyi sənədin verilməsinə qarşı çıxaraq veto qoydular. O dövrdə Amerika Birləşmiş Ştatlarının prezidenti olan Corc Buş Tiflis və Kiyevin nə vaxtsa NATO-ya üzv olacaqlarına söz verdi. Buşun bu vədi zirvə görüşünün final sənədində qeyd olundu. Putin isə öz növbəsində Corc Buşun sözlərindən hiddətlənərək " bu heç vaxt olmayacaq" qarşılığını verdi. O, eyni zamanda NATO-nun üzvlərindən Ukraynanın qəbulu məsələsində Rusiyanın mənafeyinin nəzərə alınmasını ciddi şəkildə tələb etdi: "Kim deyə bilər ki, bizim orada heç bir marağımız yoxdur. Ukraynanın cənubu tamamilə ruslardan ibarətdir. Krımı isə Ukrayna Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə əldə edib.
Politoloq Ullman hesab edir ki, Putinin fikrincə, ona başqa çıxış yolu buraxmadılar. Ukrayna Rusiya üçün həyati əhəmiyyət daşıyan ölkədir. Zəruri olarsa Rusiya Ukrayna üçün müharibəyə girməkdən belə çəkinməyəcəyini bildirmişdi. Amma Qərb bu xəbərdarlığa əhəmiyyət vermədi
Müəllif məhz Amerika Birləşmiş Ştatları və NATO-nun Rusiya–Ukrayna müharibəsinin baş verməsində əsil səbəbkar olduğunu sübut etmək üçün Roma Papası Fransiskin İtaliyanın Corriere Della Sera qəzetinə bu yaxınlarda verdiyi müsahibədən misal da gətirir:  "NATO-nun Rusiyanın qapısının ağzında hürməsi Kremli ciddi qarşılıq verərək münaqişəni başlamağa məcbur etdi." – Papa demişdi.
Məqalədəki digər diqqəti cəlb edən məqam 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin səbəbkarının bir çoxlarının düşündüyü kimi o zaman Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili deyil, Rusiya və onun başçısı Vladimir Putinin olduğunu iddia etməsidir. Onun sözlərinə görə 2008-ci ildə Putin Gürcüstanı Rusiyanın səhnələşdirdiyi özgə bayraq altında əməliyyata cavab verməyə təhrik etdi və bununla Abxaziya və Cənubi Osetiyanın işğalını həyata keçirdi. Beləliklə Gürcüstan texniki cəhətdən NATO-ya üzv olmaq imkanından məhrum edildi.
Ukrayna ilə münasibətdə baş verən hadisələrin də məhz NATO-ya üzvlüklə bağlı Ukraynanın təşəbbüslərindən qaynaqlandığına heç kimdə şübhə. Əvvəlcə Kremldə Krımın Rusiyaya birləşdirilməsini Ukraynanı bu fikirdən daşındıracağına ümid edirdilər, sonradan bu tədbirin kifayət etmədiyi məlum oldu və Putin Kiyevi bu addımdan əl çəkənə qədər müharibəni və yeni torpaqların işğal edilməsini davam etdirməyi qərara aldı.
Müharibə davam edir, hər gün onlarla insanın həyatına son qoyulur. İşğal olunmuş ərazilərin coğrafiyası isə Rusiyanın istədiyi kimi genişləndirilə bilmir. Heç Ukraynanı da NATO sevdasından daşındırmaq mümkün olmur. Beləcə hamılıqla sonu görünməyən fəlakətə doğru gedirik.
Əlimusa İbrahimov
/konkret.az

Siyasi       Tarix: 15 may 2022
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 cəbhədən son xəbərlər cəbhədən son görüntülər sonxeberler