"Qərb Rusiyanı daha dərin bataqlığa çəkmək istəyir" - TƏHLİL
Rusiyanın Ukraynada apardığı haqsız və işğalçı müharibə indiyə kimi yüzlərlə insanın həyatına son qoymaqla bərabər dünya iqtisadiyyatını da iflic vəziyyətinə salıb. İlk vaxtlar müharibənin qısa müddətdə yekunlaşacağı deyilsə də, proqnozlar özünü doğrultmadı. İki aydan çoxdur davam edən hərbi əməliyyatların hələ bir müddət də çəkəcəyi ehtimallar sırasındadır.
Bəs görəsən, Rusiyanın "ildırımsürətli" müharibə planı niyə aylardır davam edir? Müharibənin uzanması dünya üçün hansı iqtisadi və siyasi risklər formalaşdırır?
Mövzu ilə bağlı KONKRET.az-da danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, "soyuq müharibə"dən sonra dünyada ilk dəfə qütbləşmə formalaşır:
"Rusiya-Ukrayna müharibəsi fonunda Qərb və Rusiya "soyuq müharibə"dən sonra ilk dəfə üz-üzə gəlib. ABŞ və Qərb Ukraynaya silah və maddi yardım edir. Hətta informasiya cəbhəsində də Qərb Rusiya ilə döyüşür. Rusiyanın müttəfiqləri də bu prosesdə eynilə iştirak edir. Sadəcə olaraq Rusiyanın müttəfiqləri sanskiyalardan yayınmaq üçün bunu açıq şəkildə etmirlər. Lakin Rusiyaya ciddi dəstəklərin olması barədə sübut və dəlillər var. Bu gün müharibənin uzanmasında əsas maraqlı tərəf Qərb dövlətləridir. Rusiya əvvəldən bu prosesi qısa müddətdə yekunlaşdırmaq istədiyini bildirmişdi. Xüsusi əməliyyat adlandırdıqları bu müharibəni Rusiya bir neçə günə bitirmək istəyirdi. Amma müharibə xeyli uzandı. Çünki Qərb dövlətləri Ukraynaya müharibəni sonlandıracaq qədər yardım göstərmir, sadəcə müharibənin davam edəcəyi qədər silah verilir. Beləliklə, Qərb Rusiyanı daha dərin bataqlığa çəkmək istəyir".
Politoloq bildirib ki, Qərb müharibənin uzanmasında maraqlıdır:
"Belarus və Türkiyədə danışıqlar olmuşdu. Lakin Boris Consonun "Ukraynaya daha öldürücü silahlar verəcəyik" başlıqlı çıxışından sonra tərəflər danışıqlar prosesində ruhdan düşdü. Hazırda danışıqlar prosesi iflic olub. Bu bir daha göstərir ki, Qərb müharibənin uzanmasında maraqlıdır. Rusiyaya tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbələr vurub. Lakin görünən odur ki, bu, Şimal qonşumuzu müharibədən geri çəkilməyə məcbur edəcək bir təsir deyil. Sanksiyaların tətbiq edilməsi çıxış yolu deyil. Bütün bunlar həm də onu göstərir ki, NATO-ya üzv olan kiçik Avropa dövlətləri heç də müstəqil deyil. Təkcə Almaniya bu məsələdə öz iqtisadi maraqlarını nəzərə alaraq mövqe ortaya qoydu".
Xəyal Bəşirov əlavə edib ki, müharibənin uzanması Avropa dövlətlərində etirazlara gətirib çıxara bilər:
"Rusiyanın gəlirləri haqda açıqlanan son statistikalar onu göstərir ki, sanksiyaların tətbiq olunması Rusiyanın sonunu gətirməyəcək. Ölkənin çox həcmdə böyük neft-qaz yataqları var. Kremlin müharibəni davam etməyə gücü var və bu proses davam edəcək. Sanksiyalarla Rusiyanı oyundan çıxarmaq mümkün deyil. Lakin tətbiq edilən qərarlar dünya iqtisadiyyatına ciddi zərbə vurur. ABŞ Rusiyanı cəzalandırmaq mövqeyini açıq şəkildə ortaya qoyub. Bunun üçün isə Ukrayna qurbana çevrilib. Ona görə də müharibə hələ uzun müddət davam edəcək. Lokal şəkildə olsa belə, gərginlik dayanmayacaq. Bu gün Ukraynanın parçalanma ehtimalı çox böyükdür. Şərq hissəsinin Rusiyanın, Qərb hissəsinin isə NATO-nun təsiri altında qalacağı güman edilir. Avropa dövlətləri qışa qədər müharibənin bitəcəyini düşünürlər. Lakin hesab edirəm ki, qış aylarında təbii qaza olan ehtiyac artacaq və diqtə edən tərəf Rusiya olacaq. Bu isə Avropa dövlətlərində etirazlara gətirib çıxara bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi