Qərb Rusiyanı tam sıxışdırıb – Lavrovun Azərbaycana səfəri nəyi dəyişəcək?

Qərb Rusiyanı tam sıxışdırıb – Lavrovun Azərbaycana səfəri nəyi dəyişəcək?Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı məlumat verib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər etməkdə məqsədi nədir?
Bəzi ekspertlər deyir ki, hər dəfə Lavrov regiona gələndə erməni separatçıları fəallaşır. Yeri gəlmişkən, son proseslər onu göstərir ki, Rusiya Cənubi Qafqazda nüfuzunun itirilməsindən çox ehtiyat edir. Odur ki, təsir imkanlarını qoruyub-saxlamaq üçün bu səfərlərin mühüm əhəmiyyəti yaranır.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq İlyas Hüseynov bildirib ki, Rusiya Fransanın mülki missiyasının Ermənistanda yerləşdirilməsindən narahatdır:
Qərb Rusiyanı tam sıxışdırıb – Lavrovun Azərbaycana səfəri nəyi dəyişəcək?"Düşünürəm ki, bu səfərdə mühüm məsələlər müzakirə olunacaq. Eyni zamanda bu müzakirəyə bir il öncə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti bəyannaməsindən irəli gələn məsələlər də daxil olacaq. Adətən Lavrov regiona səfəri zamanı ilk öncə Ermənistana, sonra Azərbaycana gəlirdi. Hazırda isə Lavrovun Ermənistana səfər etməsi məsələsi gündəmdə deyil. Bu da onu göstərir ki, Rusiya və Ermənistan arasında kifayət qədər soyuq münasibətlər davam edir. Bu, həm də İrəvanın həyata keçirdiyi geosiyasi fəaliyyətlə birbaşa bağlıdır.
Təbii ki, Avropa İttifaqının (Aİ) mülki missiyasının Ermənistanda yerləşməsi Moskvanı narahat edən bir məsələdir. Artıq müxtəlif səviyyələrdə bu prosesə münasibət bildirilib və sərt tənqid olunub. Məhz buna görə Rusiya regionda təşəbbüslərlə çıxış etməyə çalışır. Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüş baş tutdu. Təbii ki, Rusiya diplomatik trekdən geri qalmaq istəmir və öz siyasi gündəliyini formalaşdırmağa çalışır. Regional səfərin həyata keçirilməsinə də elə əsas səbəb budur".
Politoloq bildirib ki, Rusiya əlində olan imkanları sülhün əldə olunması üçün istifadə etməlidir:
"Düşünürəm ki, regional sabitliyin əldə olunması üçün Rusiyanın əlində yaxşı fürsətlər var. Təsir imkanları çox genişdir. Ona görə də bu təsir imkanlarını məhz sülhün gücləndirilməsinə yönəltməlidir. Əks təqdirdə Brüssel və Vaşinqton çox ciddi surətdə regionda öz mövcudluğunu qoruyub saxlamağa və inkişaf etdirməyə çalışır. Rusiya əlinə düşən fürsətləri və imkanları dəyərləndirmədikcə bu fürsətlərin səmərəsiz olduğunu görürük. Bu imkanlardan Aİ və ABŞ da məharətlə istifadə edir".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum