Qərbdən ədalət gözləmək axmaqlıqdır - Bakı dünyaya nəyi sübut etdi?

Qərbdən ədalət gözləmək axmaqlıqdır - Bakı dünyaya nəyi sübut etdi?Hələ ötən il növbəti COP-un Bakıda keçiriləcəyi məlum olanda buna qısqanclıqla yanaşılmağa başlanıldı. Dünyanın bəzi ölkələri Azərbaycana dəstəklərini ifadə etsə də, əksər Qərb dövlətlərində bizə qarşı siyasi qısqanclıq özünü açıq-aşkar göstərməkdəydi.  COP29 yaxınlaşdıqca ölkəmizə düşmən münasibəti açıq müstəviyə keçdi və Qərbdə Azərbaycan əleyhinə kampaniyaya start verildi. Ölkəmizə qarşı kampaniyanın bir neçə istiqamətdə təşkil olunması taktiki gediş idi.
Sosial şəbəkələrdən tutmuş, dünyanın aparıcı informasiya vasitələrinin də qoşulduğu anti-Azərbaycan kampaniyasında ölkəmizlə bağlı yayılan neqativ fikirlər Azərbaycanı gözdən salmağa hesablanmışdı. Elə güman edirdilər ki, ABŞ və Fransanın dəstəyi ilə aparılan kampaniya öz bəhrəsini verəcək və COP29-u boykot planları baş tutacaq. Erməni diasporunun da aktiv qoşulduğu anti-Azərbaycan kampaniyasının kökündə ölkəmizi etnik təmizləmədə, Ermənistanın "işğalında" və yeni müharibəyə hazırlaşmaqda ittiham etmək dururdu. Eyni zamanda erməni apostol kilsəsinin və Ermənistan dövlətinin birbaşa dəstəyini alanlar da Azərbaycana qarşı hər cür qarayaxmadan istifadə edirdilər. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okamponun xidmətindən yararlanan erməni lobbisi bu fırıldaqçı prokurorun verdiyi vədə inanır və COP29-un boykotuna böyük ümid edirdilər. Anti-Azərbaycan qüvvələrinə bütün şərait yaradılmışdı.
Artıq COP ərəfəsi Avropanın siyasi platformalarında Azərbaycana qarşı hərəkətlilik müşahidə olunmağa başladı. Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlər və Azərbaycanın əleyhinə qəbul edilən qətnamələr göstərdi ki, Avropanın Azərbaycandan əl çəkmək fikri yoxdur və onlar Ermənistana dəstək üçün hər cür siyasi iyrəncliklərə gedəcəklər. Üstəlik, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr və sanksiyaların müzakirəyə çıxarılması da məsələnin ciddiliyindən xəbər verirdi. Bütün hallarda hədəf Azərbaycan idi və bizi ermənilərə düşmən münasibətə görə qınaq obyektinə çevirirdilər. Artıq Bayden adminstrasiyasının siyasətində ciddi qüsurlar davam etdikcə, Bakının Qərbə münasibətində də dəyişiklik özünü göstərməyə bilməzdi. ABŞ və Avropa İttifaqının birgə təmsil olunduğu bəzi siyasi platformalarda Azərbaycanın hədəf seçilməsi də xristian təəssübkeşliyinin bariz nümunəsidir. Azərbaycana enerji tərəfdaşı kimi yanaşan Qərb eyni zamanda  çaldıqları havaya "oynamağı" təklif edir:  Qarabağ ərazisində yaşayan ermənilərin geri qaytarılması təmin olunsun, Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsin, Azərbaycan silahlı qüvvələri Qarabağı tərk etsin və nəhayət Bakıda saxlanılan erməni cinayətkarlar azad edilsin.
Avropa Parlamentində müzakirələrdə də bu cür absurd fikirlər səsləndirilib. Bundan əlavə, Avropanın ayrı-ayrı ölkələrinin parlamentində eyni tezislər ortaya atılır. Fransa senatı hələ 44 günlük müharibə başa çatandan sonra Qarabağın müstəqilliyini müzakirə etməyə başladı və Azərbaycan "işğalda" ittiham olundu. Azərbaycan hansı ölkənin ərazisini işğal edib və kimin suveren ərazilərinə silahlı təcavüz edilib? Təbii ki, bu sual onlara dəfələrlə ünvanlasa da, cavab verən tapılmayıb.
İki il əvvəl Nikol Paşinyan Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyanda Fransa hələ  Qarabağın müstəqilliyindən danışırdı.
Azərbaycanın təşkil etdiyi COP29-u gözdən salmaq, tədbiri boykot etmə cəhdləri də bir nəticə vermədi. Avropalı siyasətçilər COP29-u siyasiləşdirmək, COP tribunasından öz maraqları üçün istifadə etmək istəsələr də, buna da nail ola bilmədilər. Düzdür, Almaniyanın Xarici İşlər naziri ona verilən tapşırığa uyğun olaraq COP tribunasından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdı. Bakıya xüsusi missiya ilə gələn Almaniya xarici siyasət idarəsinin rəhbəri Annalena Berbokun COP29-da səsləndirdiyi fikirlərin beynəlxalq iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yox idi və onun bəyanatı tədbirin ruhuna zidd idi. COP29-un uğurla keçdiyini anlayan Avropa sonuncu "gülləsini" atmaq üçün məhz Berbokdan istifadə edirdi. Azərbaycanda insan hüquqlarını qabardan Almaniya XİN-nin başçısı təxribatçı fikirlər səsləndirməklə bir daha Azərbaycana olan münasibətini ortaya qoydu. Qlobal iqlim dəyişikliyinə mühüm "töhfə" verən ölkələr problemi aradan qaldırmaq üçün müəyyən maliyyə vəsaiti ayırmalı idi.  Düzdür, müzakirələr bir qədər sərt keçdi və nəhayət beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı.
Bütün maneçiliklərə baxmayaraq,  COP29 həm təşkilatçılıq,  həm də əldə olunan nəticələrə görə tarixə düşdü. Beləliklə, Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər maşın realiti şou en son xeberler sonxeber.az