"Şagird tüfəng gətirir və bunu heç kim görmür, bu necə ola bilər? - Deputat
"Müəllimin güllələnməsi liseyin təhlükəsizlik əməkdaşlarının laqeydsizliyinin nəticəsidir".
Bu sözləri azxeber.com-a acıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat bildirib ki, özəl məktəbdə təhlükəsizlik sistemi zəif təşkil edilib:
"Məktəbin qapısında olan təhlükəsizlik əməkdaşları hara baxır görəsən? Şagird liseyə tüfəng gətirir və bunu heç kim görmür. Tapanca deyil ki, çantada məktəbə keçirilə bilsin. Tüfəng kifayət qədər böyük silahdır və onu məktəbə gətirərkən kiminsə görməməsi mümkünsüzdür. Buna görə də deyə bilərəm ki, təhlükəsizlik əməkdaşları laqeyd olublar".
Hadisəni törədən şagirdin atası haqda danışan deputat onun məmur olmadığını deyib:
"Hadisəni törədən uşaq haqda məmur övladıdır deyilir. Atası icra hakimiyyətində şöbə müdirinin müavini olub, JEK-də işləyib. Bu nə vaxtadan məmur sayılır?
Deputat deyib ki, baş verən hadisədə məktəb rəhbərliyinə də hüquqi müstəvidə qiymət veriləcək:
"Baş verən hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və məktəb rəhbərliyi haqda da qərar veriləcək".
Günel Hüseynli
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma