"Qərbin fəallaşması Rusiyanın Cənubi Qafqazdakı planlarına qarşıdır" - Sergey Lavrov

Rəsmi Moskva Azərbaycan Ermənistan münaqişəsinin həllində qərbin fəallığından narahatdır. Brüssel və Vaşinqton platformalarında danışıqlarda canlanma yaranandan dərhal sonra Rusiya öz "yardım paketini" təqdim edir. Yenidən tərəfləri masasaya dəvət edən şimal qonşumuz münaqişəyə öz maraqları baxımından yanaşır və danışıqların gedişində hər dəfə müəyyən mövqe sərgiləyir. Cənubi Qafqazda münaqişə ocaqlarının daim alovlanmasında maraqlı olan Rusiyanın "Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməsi" kimi cəfəng versiyası onların çirkin planlarını bir daha ortaya qoyur. Özünü daim "xilaskar"obrazında göstərən Rusiya regionda varlığını saxlamaqdan ötəri hər cür oyunlara hazırdır.
Rusiya qərbin vasitəçilik missiyasından narahatlığını ifadə edir və bu ölkənin Xarici İşlər Naziri Sergey Lavrov KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bu məsələyə yenidən toxunub və bildirib ki: "Bakı və İrəvan Qərbin qeyri səmimiliyini anlayıb onların vasitəçilik missiyasını düzgün dəyərləndirməlidir".
Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını hiss edən Rusiya hakimiyyəti nəyin bahasına olursa-olsun regionda möhkəmlənmək və münaqişə ocaqlarını daim alovlanması üçün təxribatlara da hazırdır.
Lavrov daha sonra qeyd edib ki, ABŞ-ın və Avropa İttifaqının məqsədi danışıqlara kömək etmək deyil, Cənubi Qafqaza nüfuz etməkdir. Bu isə Rusiya Federasiyasına təzyiqdən başqa bir şey deyil:
"Qərbin hərəkətləri onun NATO və Aİ-yə üzv ölkələrin sərhədlərindən uzaq regionlara yayılmaq istəyini əks etdirir və bu vəziyyətin sabitləşməsinə kömək etmək əvəzinə məsələni daha da qəlizləşdirir. İrəvandakı və Bakıdakı tərəfdaşlarımız ümid edirəm ki, bunu başa düşürlər. İstənilən halda biz onlarla baş verənləri səmimi şəkildə müzakirə edirik. Razılaşmaların əldə edilməsi yalnız Rusiya və Azərbaycan prezidentləri, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli sazişin icrası çərçivəsində mümkündür".
Lavrov bundan sonra vəziyyətin tam nizamlanması üçün zəruri olan səylərin müxtəlif aspektlərinə həsr olunmuş daha bir neçə yüksək səviyyəli üçtərəfli bəyanatların qəbul edildiyinə də diqqət çəkib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 21 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda