Qərbin oyuncağına çevrilən təşkilatların "işbirliyi" və ya rəsmi fiasko

Qərbin oyuncağına çevrilən təşkilatların Azərbaycanda növbədənkənar prezident seçkisinin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini həzm edə bilməyənlər yenə hərəkətə keçib.
KONKRET.az xəbər verir ki, onlar yalnız bağlı olduğu mərkəzlərdən təlimatlar alırlar və həmin tezislər uyğun hərəkət edirlər, ictimai rəyi çaşdırmağı qarşıya məqsəd qoyurlar.
Elə bu günlərdə Qərbin ənənəvi oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin (SMDT) və onun rəhbərliyində təmsil olunan Anar Məmmədliyə Qərbdən xüsusi tapşırıq alması haqda məlumat yayıldı.
Məlumat siyasi ekspert Telman İsaya istinadən mediada işıqlandırıldı..
Xəbərə görə, Anar Məmmədliyə seçki günü ictimai rəyi manipulyasiya etmək və neqativ məcraya yönləndirmək üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları "seçki pozuntuları" videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb.
Lakin necə deyərlər, bu plan suya düşüb və təlimatı hazırlayanlarla onu icra etmək öhdəliyi təyin edilən şəxslər bu istiqamətdə heç bir şeyə nail ola bilməyiblər.
İflasa uğrayan cəhdlə bağlı Oxu.Az-a bir sıra əlavə detallar da məlum olub.
Aldığımız məlumata əsasən, Anar Məmmədli səriştəsizliyini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır.
İndi o, özünü sübut etməkdən ötrü yeni plan üzərində işləyir.
İndiyədək Anar Məmmədli cəmi 20-30 nəfərlik təxribat qrupu formalaşdırmağa nail olub, onların əksəriyyəti "Azadlıq" qəzeti və "Azadlıq" radiosunun əməkdaşlarından ibarətdir.
Lakin Anar Məmmədlinin xüsusi qruplar formalaşdırmaq cəhdləri plana uyğun nəticə vermir və o, faktiki olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.
Anar Məmmədli və onun ətrafına topladığı bir neçə nəfərlə seçki günü müxtəlif məntəqələrin işini pozacaq təxribatlar törətmək, məntəqələrdə səs-küy salmaq, bilərəkdən gərginlik yaratmaq və xüsusi video görüntülər paylaşmaq tapşırılıb.
Aldığımız məlumata görə, Anar Məmmədliyə verilən tapşırıq (500 nəfərlik qrup) faktiki olaraq, icra olunmadığından, ona öz qüvvəsini jurnalist Xədicə İsmayılın "dəstəsi" ilə birləşdirmək tövsiyə olunub və bu günlərdə məsələ müzakirə də edilib.
Bu da çıxış yolu… Daha doğrusu növbəti fiasko.
Qısası, Anar Məmmədli və onun ətrafı ağalarının istəyinə uyğun istənilən effektiv fəaliyyətə malik deyillər.
Buna görə də, bəzi səbəblərdən, o cümlədən, ayrılan vəsaitin bölüşdürülməsi məsələdəki fikir ayrılıqları üzündən "koalisiya" baş tutmayıb və Anar Məmmədli ilə Xədicə İsmayılın ayrı-ayrılıqda "işləməsi" qərara alınıb.

Siyasi       Tarix: 05 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər