Qərbin Paşinyandan TƏCİLİ TƏLƏBİ: "Sülh müqaviləsi imzalanmalıdır"
ABŞ-a "Artsax"ın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və sonra burada Rusiya hərbi bazasının olması mənasız olacaq.
KONKRET.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan "Dünyada baş verən proseslərin Ermənistana təsiri" mövzusunda müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin Qərb və Rusiya modellərindən danışarkən deyib.
"Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında deyilir ki, "Artsax" məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar "Artsax"da qalsın" – deyə erməni politoloq əlavə edib.
Müzakirə iştirakçılarından siyasi elmlər doktoru Artur Xaçikyan da ABŞ dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırdığını xatırladıb. "Bu, Rusiya versiyasına deyil, Qərbə uyğun olaraq "qondarma sülh sazişi"nin imzalanmasına çağırışdır. Blinkenin mesajı ondan ibarət idi ki, bu məsələlərlə məşğul olmaq lazım deyil, sülh müqaviləsi imzalanmalıdır".
Politoloq Argişti Kiviryan qeyd edib ki, son vaxtlar Nikol Paşinyan Rusiya modelinə bir növ "U-dönüşlər" edir və burada ona fərqli istiqamətdə davam etmək lazım olduğu açıq şəkildə diktə olunur".
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü