Qəşəm Nəcəfzadə Audiovizual Şuraya üzv təyin edilməsi haqda danışdı

Qəşəm Nəcəfzadə Audiovizual Şuraya üzv təyin edilməsi haqda danışdıXəbər verdiyimiz kimi, şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib.
Təyinatla bağlı məlumat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb. 
Qəşəm Nəcəfzadə Prezidentin 08 oktyabr 2025-ci il tarixində imzaladığı Sərəncam ilə bu vəzifəyə təyin olunub.
Qəşəm Nəcəfzadə bununla bağlı təəssüratlarını azxeber.com-a bölüşüb.
O bildirib ki, bu ona göstərilən böyük hörmətdir:
"Əlbəttə, sevinirəm, həm də çox sevinirəm. Bu, böyük hörmət və diqqətdir. Bu sahədə göstərilən ehtirama görə minnətdaram. Mən televiziyanı çox sevirəm, veriliş aparıram. Ədəbiyyatı da çox sevirəm. Radio və televiziya sahəsində dərs deyirəm. Azərbaycan dilini çox yaxşı bilirəm. Amma Azərbaycan dilində danışmaq, onu yaxşı bilmək demək deyil. Mənə göstərilən diqqətə yalnız sevinə bilərəm".
Şair deyib ki, sözügedən qərar çoxdan verilib:
"Audiovizual Şuranın saytında bu məlumat artıq yerləşdirilib. Sadəcə olaraq, mən onu indi paylaşdım. Təxminən 26 gün əvvəl bu qərar qəbul edilib. Mən özüm paylaşdığım üçün media nümayəndələri bundan xəbər tutdular".
Q.Nəcəfzadə vurğulayıb ki, Azərbaycan xalqının mənəvi cəhətdən zənginləşməsi üçün əlimizdən gələni etməliyik:
"Azərbaycan xalqının mənəvi cəhətdən zənginləşməsi üçün əlimizdən gələni etməliyik. Cənab Prezident İlham Əliyev hər zaman Azərbaycan dilinin zənginliyini vurğulayır. Təəssüf ki, dilimizə qarşı xor baxanlar da var. Dil inkişaf etməlidir, çünki dil bir millətin kimliyidir. İlham Əliyev Azərbaycan dilində çox gözəl danışır. Müharibə vaxtı deyirdi: "Bulanıq suda balıq tutmaq olmaz." O, daima Azərbaycan dilinin zənginliyindən istifadə edir".
Şahanə Ziyad

Sosial       Tarix: 06 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler