Qətər Qazaxıstana 500 milyon dollar investisiya qoyacaq – Razılıq əldə olundu
Qətərli investorlar Qazaxıstanın kənd təsərrüfatına 500 milyon dollar sərmayə qoymaq niyyətindədirlər.
KONKRET.azxəbər verir ki, müvafiq razılıq prezident Qasım-Jomart Tokayevin fevralın 14-də başa çatan Qətərə dövlət səfəri zamanı əldə olunub.
Qətərin "Hassad Food" şirkəti, Türkiyənin "Tiryaki" şirkəti və "Bayterek" Milli İdarəetmə Holdinqi arasında Akmola bölgəsində zavodun tikintisinə dair razılıq əldə olunub. Müəssisə taxıl və noxudun dərin emalı ilə məşğul olacaq. Bu layihə 200 milyon dollar dəyərində qiymətləndirilir.
Digər müqaviləni Qazaxıstanın "Dinara Group" holdinqi və Qətərin Qatar Milli Müəssisələri imzalayıb. Tərəflər Qazaxıstan və Mərkəzi Asiyanın kənd təsərrüfatı sektorunun inkişafı üçün birgə birbaşa investisiya fondu yaratmaq istəyirlər.
"İmzalanmış saziş çərçivəsində "Dinara Group" mövcud süd, ət və bitkiçilik istehsalını genişləndirməyi, öz damazlıq mal-qara bazasını inkişaf etdirməyi və əlavə südçülük təsərrüfatlarının tikintisini, süd emalı və pendir istehsalı zavodunu işə salmağı nəzərdə tutur. İnvestisiyaların həcmi təqribən 300 milyon dollar təşkil edəcək", – deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Eyni zamanda, bu il Qazaxıstan Qətərə quzu əti ixracını iki dəfə artırmaq istəyir. Tərəflər İran üzərindən Qətərə taxıl məhsullarının logistikası məsələsini də müzakirə ediblər.
Tokayev ümid etdiyini bildirib ki, yaxın gələcəkdə bu ölkə Qazaxıstanda on ən böyük investordan birinə çevriləcək. Dövlət başçısı Qazaxıstanın Qətərə 60 qeyri-resurs əmtəə adında ümumi məbləği 250 milyon ABŞ dolları həcmində ixracını artırmağa hazır olduğunu da qeyd edib və yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 500 milyon dollara çatdırmağı təklif edib.
Ariz Həsənoğlu,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR