Qətərin "Ajyal" Təhsil Mərkəzi "Ümid yeri" uşaq sığınacağını ziyarət edib - FOTOLAR

Qətərin Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Qətərdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatı olan "Ajyal" Təhsil Mərkəzi Qətərin müxtəlif yerli orta ümumtəhsil məktəblərində təhsil alan 35 tələbədən və sözügedən təhsil mərkəzinin 5 müəllim heyətindən ibarət qrup Azərbaycana səfər etmiş və səfər çərçivəsində 01 avqust 2022-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağına ziyarət etmişlər.

"Ümid Yeri" Uşaq Sığınacağının rəhbəri Nigar xanım Mənsimova qətərli qonaqları salamlamış və onları uşaq üçün sığınacağında yaradılmış şəraitlə tanış etmişdir.
Daha sonra, sözügedən Mərkəz tərəfindən sığınacaqdakı uşaqlara ehtiyac duyduqları yardımlar, o cümlədən məişət texnikası, kompüter, televizor, geyim əşyaları və s. təqdim olunmuşdur.
Öz növbəsində, Qətərli qonaqlara "Ümid Yeri" Uşaq Sığınacağının sakinləri tərəfindən hazırlanmış, Qətərin bayrağı və loqosu təsvir olunan xalça hədiyyə olunmuşdur.
Qeyd etmək lazımdır ki, "Ümid Yeri" Uşaq Sığınacağı ilə ölkəmizin Qətərdəki səfirliyi arasında əməkdaşlıq genişlənməkdədir. Belə ki, 2022-ci ilin avqust ayının sonunda "Şuşa ili" çərçivəsində Doha şəhərində sığınacaqdakı uşaqların əl işlərindən ibarət sərginin təşkil olunması nəzərdə tutulub. ​
"Ajyal" Təhsil Mərkəzindən verilən məlumata görə, Azərbaycana səfərin məqsədi, qətərli tələbələri xeyriyyə proqramlarına cəlb etmək, onları könüllü təşəbbüslərə həvəsləndirməkdir. Səfər zamanı qətərli tələbələrin həmçinin Bakı, Şəki və Qəbələ şəhərlərinə mədəniyyət turu təşkil olunmuşdur.
Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin Qətərin

Sosial       Tarix: 01 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Pensiya artımı ilə bağlı mühüm xəbər

"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır". xəbər verir ki, bunu "

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun son.xeber sonxeber.az sonxeber az