Qətnamə Fransa hökumətinin mövqeyini əks etdirmir - Rokföy
Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa Hökumətinin mövqeyini əks etdirmir.
KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Bris Rokföy noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən görüşdə deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı dünən Azərbaycan Milli Məclisi bəyanat qəbul edib. Bəyanatda qeyd edilib ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri pozur.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən irəli gəlir.
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü