Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Oktyabrın 12-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Qrız, Qusarda 1 sm olub. Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək, 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"