Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən azxeber.com-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.
Havanın temperaturu 13 dərəcəyədək istidir.
Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.
Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat