Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?

Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?Son illərdə iqlim dəyişikliyinin təsirləri daha qabarıq şəkildə hiss olunmağa başlayıb. Temperaturun qəfil artması və ya enməsi, qeyri-sabit hava şəraiti, quraqlıqlar və ya intensiv yağışlar əsasən kənd təsərrüfatı sahəsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə gündür ölkə ərazisində havaların qəfil soyuması, güclü külək və yağışların müşahidə olunması bəzi suallar yaradıb.
Havanın qəfil dəyişməsi məhsuldarlığın azalmasına və kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb ola bilərmi?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli Oxu.Az-a açıqlamasında payız əkinləri başlayandan bu günlərə qədər olan hava şəraitini kənd təsərrüfatı üçün ən uğurlu il hesab edib.

"Hesab edirəm ki, hava şəraiti mövsüm normalarına uyğun keçir. Bu, son illərdə müşahidə etmədiyimiz normal hava şəraitidir. Bu günə qədər hər hansı sıxıntı və problemin olduğu nə əkinçilikdə, nə bağçılıqda müşahidə edilir. Təbii ki, bu mövsümdə ən həssas dönəm bundan sonrakı ayın, yəni mayın 30-a kimi olan dönəmdir. Hesab edirəm ki, bundan sonrakı 40 gün də hava şəraiti normal keçərsə, kənd təsərrüfatında məhsul istehsalı üçün hər hansı çətinlik olmayacaq. İstehsalın əvvəlki illərlə müqayisədə daha artıq olacağı qənaətindəyəm və ümumilikdə, bu il kənd təsərrüfatı sahəsində bolluq olacağını düşünürəm", – deyə C.İbrahimli vurğulayıb.
Əgər qeyri-sabit hava şəraiti uzun müddət davam edərsə və təsərrüfata ziyan dəyərsə, o zaman fermerlər dövlət tərəfindən hansı dəstəyi ala bilərlər?
Aqrar Sığorta Fondunun numüyəndəsi Əli Əhmədov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ənənəvi olaraq aprel, may və iyun ayları kənd təsərrüfatı üçün təbiət hadisələri baxımından ən riskli dövr sayıla bilər.

"Qarşıdakı günlərdə, daha dəqiqi aprelin 14-dən başlayaraq hava şəraitinin kəskinləşməsi, gözlənilən yağış, dolu və fırtına-qasırğa halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına böyük zərər vura bilər.
Xüsusilə əkin sahələri – taxıl, pambıq, bostan bitkiləri, meyvə bağları və sair bitkilər belə hallara qarşı ən həssas olan və zərər çəkə bilən təsərrüfatlar arasındadır. Bunu nəzərə alaraq, Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini öz əkin sahələrini vaxtında sığorta etməyə çağırır.
Sığorta haqqına tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi ödəniş etməklə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Eləcə də yağışlar nəticəsində yaranan sel heyvandarlıq təsərrüfatlarına da zərər vura, o cümlədən, xırdabuynuzlu kənd təsərrüfatı heyvanlarını sel apara bilər. Ölkəmizin müxtəlif bölgələrində belə hallar dəfələrlə baş verib. Bunu nəzərə alaraq, Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatları, xüsusilə xırdabuynuzlu heyvan sahibi olan fermer və təsərrüfatları öz heyvanlarını sığortalamağa çağırır. Hazırda qüvvədə olan sığorta tarifləri və dövlət dəstəyini nəzərə aldıqda, 200 manatlıq qoyun və keçirir sığortalanması ildə 5.2 manata, 300 manatlıq heyvanın sığortalanması isə cəmi yeddi manata başa gəlir.
Əvvəlki illərin təcrübəsi göstərir ki, il ərzində əkinçilik sahəsində baş verən hadisələrin təqribən yarısı ilin bu dövründə qeydə alınır. Hadisələr nəticəsində dəymiş zərərlərə görə, sığorta ödənişlərinin böyük hissəsi də məhz fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə həyata keçirilib.
Belə ki, 2024-cü ildə bitkiçilik sığortası üzrə həyata keçirilmiş 5.2 milyon manat sığorta ödənişinin 1 653 min manatı sel-subasma halları üzrə edilib", – deyə Ə.Əhmədov qeyd edib.

Sosial       Tarix: 10 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag axsam az xeberler son xeberler bu gun cəbhədən son xəbər