Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdi

Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdi"İbrahimin anası yuxu gördü. Yuxuda oğlumuz əlində gül ilə böyük bir daşın üzərində oturub və deyir, ay Günel, həyatım, gəlmirsən? Artıq biz oyandıq ki...".
azxeber.com xəbər verir ki, bunu Lent.az-a qəzada dünyasını dəyişən nişanlı cütlük İbrahim və Güneldən danışan Rəhim bəy deyib. Rəhim bəy İbrahimin atasıdır. 
Bilmirik, bəlkə də bu hadisəyə üzülməkdə haqsızıq. Günel və İbrahim yenə qovuşub axı...
Rəhim bəy oğlunun fəaliyyətindən o qədər qürurlu, rahat danışır.
- Oğlum İbrahim 1990-cı ildə Balakən rayonunda doğulub. Gürcüstanda ali təhsil alıb. Daha sonra isə inşaat mühəndisliyi üzrə təhsil alıb. Çox bacarıqlı idi, idmana gedirdi. Gürcüstanda cüdo üzrə Azərbaycan bayrağını qaldırıb və ona Gürcüstan vətəndaşlığı təklif olunmuşdu. 
İnşaat mühəndisliyini bitirəndən sonra Bakıya gəldi. Burda isə o, Gəncədə depo inşaatında baş layihəçi işləyirdi. "Şərq bazarı"nda da layihə və sahə mühəndisi kimi işə başladı. Orada gördüyünüz gözəllikləri, miniatürləri düzəldən mənim oğlumdur.
Ən son olaraq o, Şüvəlanda layihəyə başlayacaqdı. Həmin iş onu yormuşdu. Özü dedi ki, bizim toyun vaxtını yaxınlaşdırın. 
Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdiKimin arzusu belə tez reallaşar ki, Allah sizi daha tez qovuşdurmaq istəyib...
- Onlar Balakəndə, ötən ilin dekabrında "ASAN xidmət"in qarşısında tanış olublar. Son məqamlarında artıq İbrahim elə bil ki, Güneldən başqa heç kimi görmürdü. Günel də İbrahimdən başqa... İkisi də tərbiyəli, yetişmiş uşaqlar idi. Oğlum türk, ərəb və ingilis dillərində sərbəst danışırdı. Günel balam da ingilis dilini bilirdi. Maşında hamımız bir yerdə olanda onlar öz aralarında ingilis dilində danışırdılar ki, biz başa düşməyək.
Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdiAmma qəribə hekayənizi çox adam bildi...
- Hansı ki, fevral ayında nişanda oynamışdıq, qızıllar alınmışdı, xonçalar düzəlmişdi. Bu ayın 19-u toy olmalı idi. Ayın 10-u axşam mənə Bakıdan Balakənə yola çıxacağını bildirdi. Yəni toyu olacağı rayona. Mən ona dedim ki, gecdir, ay oğul. Dedi ki, yox, ata, axşam maşın az olur. Nişanlısı Günel AMEA-da laboratoriya mütəxəssisi kimi çalışırdı. Onu da götürüb, yola çıxıb...
Yola çıxıblar, amma o yol nə torpaqdan, nə də asfaltdan olmadı. O yol, bu dünyada olanlardan olmadı...
- Yağışlı hava, yeni tökülmüş qara asfalt. Yolu çaşıb və 90-100 arası sürətlə yoldan çıxıb. Yolu itirdikdən sonra isə yığışdıra bilməyib. Daha sonra yoldan aşağıda olan ağaca çırpılıb. Oğlum yerindəcə keçinib. Sonra orada sürücülər bunlara yaxınlaşıb. Günelin nəbzinin döyündüyünü görüb və onu Şəki mərkəzi xəstəxanasına aparıblar (ağlayır). Oğlumu isə morqa aparıblar. Qızımız həyatla çarpışdı. İbrahimin anası yuxusunda gördü ki, oğlumuz böyük bir daşın üzərində oturub və əlində güllə deyir, Günel, həyatım gəlmirsən? Beləcə deyib. Biz oyandıq ki, Günel dünyasını dəyişib. Onu dünən elə İbrahimin yanında torpağa tapşırdıq.

Sosial       Tarix: 17 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən ən son xəbərlər xabar az xeberler azerbaycan