QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayır

QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayırXəbər verdiyimiz kimi, 24-25 iyun tarixlərində Zəngilanda Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Tədbirdə 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər iştirak edib.
Daha sonra iştirakçılar Qubadlı və Laçın rayonlarına səfər ediblər.
Qeyd edək ki, forum 2 gün davam edib.
Bəs bu forumun Şərqi Zəngəzurda baş tutmasının önəmi nədən ibarət idi?
Forumda iştirak edən Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a deyib ki, Zəngilanda keçirilən QHT forumunda qoyulan məsələlər yeni hədəflərin müəyyənləşdirilməsi istiqamətinə yönəlmişdi:
QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayır"Azərbaycanda vətəndaş cəmiyyəti institutlarında yeni bir mərhələ başlayıb. Yenidən təşkilatlanma hadisəsi baş verib. Çox maraqlıdır ki, belə bir mərhələdə Zəngilanda mühüm bir forum keçirildi. Bu forumda qoyulan məsələlər yeni hədəflərin müəyyənləşdirilməsi idi. Forumun məqsədi qeyri-hökumət təşkilatı institutlarının yenidən ixtisaslaşması idi. Çünki ixtisaslaşma hər sahədə vacib olan məsələdir. Zəngilanda bu tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Nəticə etibarilə, yeni hədəf dediyimiz tarixi mərhələ həm də Zəngilandan başlayır. Ona görə ki, 30 ildir erməni işğalı altında olan Zəngilanda bu gün quruculuq, abadlıq işləri, "Böyük Qayıdış" həyata keçirilir. Ağıllı kəndlər, şəhərlər salınır. Nəhayət, Zəngilan Şərqi Zəngəzurun başlanğıcıdır, qapısıdır. Eyni zamanda, Zəngilan Qərbi Zəngəzura açılan qapıdır. Yəni, Zəngilandan Qərbi Zəngəzurdakı tarixi Qafan şəhərimizə bir addım qalır.
Düşünürəm ki, bu gün milli maraqlarımız baxımından əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmiş Qərbi Azərbaycana qayıdış məsələsi də bu kontekstdən əsas məsələlərdən biridir. Bu, həm də verilən mesaj kimi qəbul edilməlidir, o cümlədən, Qərbi Azərbaycana qayıdış konsepsiyasının hüquqi aspektlərinin reallaşması məsələləri QHT forumunda müzakirə edildi. 
Bu səbəbdən də mən hesab edirəm ki, QHT-lərin ixtisaslaşması prosesində prioritetlərdən biri kimi də məcburi köçkünlərin qayıdışı mərhələsinə şahidlik edirik. Hazırkı perspektivdə isə həm də Qərbi Azərbaycandan olan qaçqınların qayıtması məsələsi QHT-lərin ictimai maarifləndirmə kontekstində həyata keçiriləcək fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir. Buna görə də bu mühüm tədbir çoxşaxəli, əhəmiyyətli tədbir kimi yaddaşlarda qaldı".
Forumun iştirakçısı olan "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyi"nin baş katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də forumla bağlı öz təəssüratlarını dilə gətirib:
QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayırH. Heydərli bildirib ki, forumda diqqətçəkən məqam şəhid ailələrinə, qazilərə xüsusi diqqətin ayrılması olub:
"Mənim üçün agentliyin spesifik və doğma tərəfi odur ki, birbaşa istiqaməti olmasa da hər zaman səfərlərdə şəhid ailələrimizə, şəhid övladlarımıza, qazilərə xüsusi diqqət ayrılır, məncə bu hər birimizin sonsuzadək müqəddəs borcu olmalıdır. Forumda 200-dən çox QHT nümayəndəsi iştirak edirdi.
Forumun Silahlı Qüvvələr günü ərəfəsində Şərqi Zəngəzurda baş tutması da təsadüfi deyildi. Dövlətimiz yumşaq güclə dünyaya növbəti mesajını verir. Necə ki, 2 il öncə QHT-lər Şuşa - Xankəndi yolunda aksiya edəndə 2 il sonra Laçında Həkəri çayının sahilində olacağımıza hamımız əmin idik. Bu gün də Şərqi Zəngəzuru seçmək digər xəyallarımızın da reallaşacağını göstərir".
O hesab edir ki, forumdan sonra zeytun tinglərinin iştirakçılara hədiyyə olunması simvolik hadisədir:
"Forumda COP-29 ilə bağlı çox mühüm müzakirələr də baş tutdu. Forumun sonunda isə Zəngəzur yallısının gedilməsi ardınca isə sülh rəmzi olan Zeytun tinglərinin forum iştirakçılara hədiyyə olunmasının simvolik rəmzi var idi. Bu o deməkdir ki, Dövlətimizin həm yumşaq gücü, həm də Dəmir Yumruğu yerindədir! Bizə işğaldan azad olunan torpaqlarda həmrəylik forumları keçirməyi nəsib edən Dövlətimiz və qəhrəman oğullarımıza minnətdarıq. Bir daha başda bütün təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkürlər!".
Forumda iştirak edən əslən Zəngilandan olan tanınmış jurnalist, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu təəsüratlarını azxeber.com-la bölüşüb.
QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayırO bildirib ki, ilk dəfə belə bir tədbirin Zəngilanda (işğaldan azad edilmiş torpaqlarda) keçirilməsi çox təqdirəlayiq haldır:
"QHT agentliyinin Zəngilanda keçirdiyi forum effektiv nəticəsinə görə çox orijinal bir forum idi. Biz həmin forumda iştirak etdik. Zəngilanda, Qubadlıda və Laçında olduq. Forumda təşkil olunan panel iclaslar, oradakı müzakirələr, səsləndirilən fikirlər QHT-lərin xüsusən "Yaşıl Dünya Naminə" hərəkatının istiqamətlərini bir qədər də müəyyənləşdirdi və QHT-lər bu istiqamətdə daha hansı addımlarının atılması, bu barədə maraqlı yol xəritəsinin cızılması halı yaşandı. Bu forumun məhz Zəngilanda keçirilməsinin müəyyən səbəbləri var. Birincisi, ilk dəfə idi ki, işğaldan azad olunmuş ərazilərdə belə bir forum keçirilirdi. İkincisi, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Bu dəhlizin açılması Cənubi Qafqazın sülh təminatına böyük bir dəstək verəcək. Dəhlizin açılması həm siyasi, həm kommunikasiya, həm də mədəni baxımdan sabitliyə, sakitliyə, tərəqqiyə böyük bir rəvac verəcək. Bu baxımdan, Zəngilan da məhz həmin Zəngəzur dəhlizinin mərkəzi hesab olunur. Zəngilanda belə bir forumun keçirilməsi çox təqdirəlayiq haldır".
C. Musaoğlu əlavə edib ki, forumda səsləndirilən fikirlər, müzakirələr hər bir iştirakçı üçün tezis rolunu oynadı:
"Digər tərəfdən, artıq Zəngilana köç başlayıb. Tikinti, quruculuq işləri gedir. QHT-lər həm də bu tikinti, quruculuq işləriylə yaxından tanış oldular və doğrudan da çox sevindirici haldır ki, qısa müddət ərzində artıq Zəngilanda zəngilanlılar rahat şəkildə yaşayırlar. Bu mənada, çox alqışalayiq bir forum oldu. Müxtəlif QHT təmsilçilərinin çoxşaxəli istiqamətli profil QHT təmsilçiləriylə bir araya gəlməsi həm də həmrəylik nümayişi idi ki, onlar dövlət əhəmiyyətli tədbirlərdə, aksiyalarda bir hədəfə doğru irəliləməyi bacarırlar. Mən bu istiqamətdə də forumun işini yüksək qiymətləndirirəm. Forumun bədii hissəsi də çox təmtəraqlı təşkil olunmuşdu. Bizə sonda forumda ağaclar da verildi ki, onları gətirib Bakıda əkək. Bu da bir simvolik yanaşma idi. Bunun özü də bir yaddaş elementidir. Biz bundan sonra həmin ağacları görəndə bu forumu xatırlayacağıq. Bir daha qeyd edim ki, forumda səsləndirilən fikirlər, aparılan müzakirələr də "Yaşıl Dünya Naminə" hərəkatının güclənməsi istiqamətində bizim üçün çox böyük bir tezis rolunu oynadı".
"Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri Toğrul Allahverdili də forumun əhəmiyyəti haqda danışıb: 
QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayır"Artıq İşğaldan azad edilmiş torpaqlarda - Şərqi Zəngəzurda, Zəngilan rayonunda mühüm mərasimlər, tədbirlər və forumlar keçiririk. Şərqi Zəngəzurda ilk dəfə baş tutan "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nu ölkə QHT-lərinin HƏMRƏYLİK FORUMU adlandıra bilərik. Bu forumu COP29 və QHT-lərin inteqrasiyası üçün önəmli bir tədbir hesab edirəm. Bu cür tədbirlər cəmiyyətdə inteqrasiya və kommunikasiya üçün çox vacibdir. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Xankəndi-Şuşa yolunda keçirilən aksiyada fəal iştirakımızla öz sözümüzü demişik. Bu gün də buraya da müxtəlif yerlərdən ictimai birlik olaraq qatılmışıq. Bu cür tədbirlər bizi eyni amal, eyni məqsədlər üçün döyüşmək, mübarizə aparmaq yolunda birləşdirir. Forumun ən yüksək səviyyədə təşkilinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və peşəkar, eyni zamanda fədakar əməkdaşlarına təşəkkür edirəm.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.
QHT Forumu niyə məhz Şərqi Zəngəzurda keçirildi? - Vətəndaş cəmiyyəti üçün yeni mərhələ başlayır

Siyasi       Tarix: 29 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi axsam.az xeberler hava cəbhədən son durum