Qırğızıstan ABŞ-ın sanksiya xəbərdarlığına CAVAB VERDİ: "Heç bir məhdudiyyətdən qorxmamalıyıq"
ABŞ Qırğızıstana qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırlaşır. Buna səbəb sanksiyalara məruz qalan malların, xüsusən də Çin dronlarının və optik nişangahların Rusiyaya tədarük edilməsidir.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Qırğızıstan sanksiyaya məruz qalan malların Rusiyaya ixracı ilə əlaqədar ABŞ-ın iqtisadi məhdudiyyətlər tətbiq etməsi üçün heç bir ilkin şərt görmür.
"Biz heç bir məhdudiyyət qoymaqdan qorxmamalıyıq. Bütün qabaqlayıcı tədbirlər görülüb ki, sanksiya tətbiq olunan mallar bizim sərhədimizdən keçməsin", – o deyib.
Qırğızıstan hökumətinin başçısı bildirib ki, ixracın artırılması və Qırğızıstanın tətbiq edilən sanksiyalardan mümkün yayınma məsələsi Qərb nümayəndə heyətləri ilə dəfələrlə müzakirə olunub:
"Sərhəddən malların keçirilməsinin şəffaflığı sayəsində ixrac və vəsait daxilolmaları ilə bağlı real məlumatlar ortaya çıxıb. Biz düzgün istiqamətdə işləyirik. Malların izlənməsi şəffaflaşıb".
Qeyd edək ki, bundan əvvəl "The Washington Post" ABŞ-ın Qırğızıstana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını yazıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi