Qırğızıstanda referendum və yerli şuralara seçkilər keçirilir
Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi-referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Publika.az xəbər verir ki, ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3.3 milyon seçicinin adı salınıb.
Səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.
Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyir.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova ilk mətbuat konfransında bildirib ki, konstitusiya layihəsi ilə bağlı keçirilən bu referenduma prezidentin səlahiyyətlərinin artırılması, bu sistemə keçid üzrə əsas normaların müəyyənləşdirilməsi və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər