Qırğızıstanın Azərbaycandakı səfiri cəzalandırıldı
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.
"Report" "K-News"a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti məlumat yayıb.
Bildirilib ki, K.Osmonaliyev "Sputnik Azərbaycan"ın mətbuat mərkəzində keçirdiyi konfransda "Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir" kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır.
Məlumata görə, bəhs edilən müsahibədə belə bir açıqlama və çıxış olmayıb.
Mətbuatda mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib. /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi