Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏQırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ
Qırğızıstan Azərbaycan ordusunun öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsini alqışlayır.
Bu sözləri Media.Az-a açıqlamasında Qırğızıstanın keçmiş Xarici İşlər Naziri, qırğız diplomatı və dövlət xadimi, məşhur yazıçı Çingiz Aytmatovun oğlu Əskər Aytmatov deyib.
Xatırladaq ki, Qarabağla bağlı çərçivə sazişi sənədinin imzalanması xəbərindən qısa müddət sonra Qırğızıstanda Əskər Aytmatovun rəhbərlik etdiyi Azərbaycanın Qırğız Dostları Klubu yaradılıb. Belə bir klubun təsis edilməsi barədə ideya hətta Qarabağdakı Vətən müharibəsi başlamazdan əvvəl ortaya çıxıb.
Azərbaycanın Qırğız Dostları Klubunun tərkibinə Qırğızıstan Respublikası Prezidentinin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Dıykanbayev, biznes sahəsinin nümayəndələri, mədəniyyət xadimləri, Qırğızıstan Respublikası prezidentliyinə namizədlər, o cümlədən tanınmış ictimai və siyasi xadim Toktayım Umetaliyeva və bir çox başqaları daxildirlər.
Əskər Aytmatovun sözlərinə görə, Qırğızıstan Respublikasının onlarla görkəmli nümayəndəsi Azərbaycanın Qırğız Dostları Klubunun təsis konfransında iştirak edib. Onların sayı daha çox ola bilərdi, amma ölkədə koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsində məhdudiyyətlər var.
"Klubun məqsədi xalq diplomatiyası vasitəsi ilə qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə kömək etməkdir. Ümid edirəm ki, biz buna nail olacağıq. Mənim Azərbaycana böyük sevgim var, dəfələrlə sizin ölkənizdə olmuşam. Atam Çingiz Aytmatovun yaradıcılığını xatırladığınızı və sevdiyinizi bilirəm. Bu mənim üçün vacib bir amildir", - deyə Ə.Aytmatov qeyd edib.
- Qarabağla bağlı sual verməyə bilmərəm, çünki klub döyüş əməliyyatları bitəndən az sonra yaradıldı. Qırğızıstanda Azərbaycan xalqının Vətən müharibəsi haqqında nə düşünürlər?
- Klubun təsis konfransında Azərbaycan rəhbərliyinin, Azərbaycan ordusunun öz ərazilərinin suverenliyini bərpa etmək səylərinə dəstək ifadə edildi. Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi əməliyyatı Qırğızıstan cəmiyyəti tərəfindən tam dəstək aldı və anlayışla qəbul edildi.
Planlaşdırdığımız tədbirlər haqqında danışmaq istəyirəm. Bu ilk növbədə klub üzvlərinin Azərbaycana səfərinin təşkilidir. Biz işğaldan azad edilmiş əraziləri ziyarət etmək istəyirik. Bu, Azərbaycan xalqına dəstək və həmrəyliyin ifadəsi olacaq. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün proqramların həyata keçirilməsində təkliflərimizi vermək istəyirik. Tikinti şirkətlərimiz, müxtəlif sahələrdə mütəxəssislərimiz var. Ümid edirəm təklifimiz Azərbaycan tərəfindən dəstəklənəcək.
- Siz təcrübəli diplomatsınız. Ay yarımlıq döyüşlərin nəticələri və Qarabağla bağlı çərçivə sazişi barədə nə deyə bilərsiniz?
- Bunu birmənalı olaraq Azərbaycanın qələbəsi adlandırmaq olar, bununla əlaqədar bütün Azərbaycan xalqını təbrik edirəm. Qələbə çətin geosiyasi şəraitdə, kənar oyunçuların iştirakı ilə əldə edildi. /oxu.az

Siyasi       Tarix: 20 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən şad xəbər cəbhədən yeni xəbərlər xəbər