Qırmızı şərabın gözlənilməz faydalı xüsusiyyətləri ortaya çıxdı
Genetik və qidalanma mütəxəssisi Tim Spektor qırmızı şərabın xolesterolu, qan təzyiqini və diabet riskini azalda biləcəyini söyləyib.
KONKRET.azxəbər verir ki, o, araşdırma zamanı məşhur spirtli içkinin bu gözlənilməz faydalı xüsusiyyətini kəşf edib.
Spektor və bir qrup elm adamı beş min insanın məlumatlarını təhlil edib və müəyyən edib ki, qırmızı şərab içənlər spirtdən imtina edən və ya digər spirtli içkilər içənlərə nisbətən daha sağlam və daha müxtəlif bağırsaq mikrobiomlarına malikdir.
"Bağırsağın mikroflorasının müxtəlifliyi normal metabolizm, güclü immunitet və yaxşı həzm üçün çox vacibdir", – deyə mütəxəssis qeyd edib.
Spektorun fikrincə, qırmızı şərabın faydalı xüsusiyyətləri onun istehsal üsulu (fermentasiya) və üzümün qabığında çoxlu miqdarda polifenol olması ilə bağlıdır – bu güclü antioksidant mədə-bağırsaq traktının və bağırsaq mikrobiotasının sağlamlığını qorumağa kömək edir, həm də bədənin qoruyucu xüsusiyyətlərini artırır. Alim xəstəliklərin qarşısını almaq üçün yeməklə birlikdə bir stəkan şərab içməyi tövsiyə edib./Ajans.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu