Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verirSon günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə məhsulların yenidən satışa çıxarılması istehlakçıların sağlamlığı üçün ciddi risk yaradır.
Bəs vətəndaşlar mağazalardan kolbasa və sosiska alarkən nələrə diqqət yetirməli, keyfiyyətsiz və təhlükəli məhsulları necə müəyyənləşdirməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, kolbasa, sosiska, süd və süd məhsulları risk qrupuna aid qidalar olduğundan onların istehsalı, saxlanılması və satışına xüsusi nəzarət edilməlidir.
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verirEkspertin sözlərinə görə, istehsal və ya saxlanma anbarlarında yararlılıq müddəti bitmiş məhsulların yenidən dövriyyəyə qaytarılması və istehlakçılara satılması yolverilməzdir. Bu cür hallar qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
İlkin Şirinov qeyd edib ki, istehlakçılar kolbasa və sosiska alarkən ilk növbədə məhsulun etiket məlumatlarını yoxlamalıdırlar. Etiketdə məhsulun adı, tərkibi, istehsalçının adı və ünvanı, istehsal və son istifadə tarixi, eləcə də saxlanma şəraiti aydın şəkildə göstərilməlidir.
Onun sözlərinə görə, etiketi olmayan, üzərindəki tarix silinmiş və ya dəyişdirildiyi şübhəsi yaradan məhsulların alınması insanların öz sağlamlığını təhlükəyə atması deməkdir.
Ekspert digər mühüm məqamın məhsulun saxlanma şəraiti olduğunu vurğulayıb. Bildirib ki, kolbasa və sosiska soyuq zəncirin qorunmasına həssas məhsullardır. Buna görə də alıcılar həmin məhsulların soyuducuda saxlanılıb-saxlanılmadığına, temperatur göstəricilərinə və soyuducuda həddindən artıq sıx yerləşdirilməsinə diqqət yetirməlidirlər.
Şirinovun sözlərinə görə, məhsulun son istifadə müddətinin keçməməsi onun mütləq təhlükəsiz olması demək deyil. Əgər kolbasa və ya sosiska tələb olunan temperaturda saxlanılmayıbsa, yararlılıq müddəti bitməsə belə, istehlak üçün təhlükəli ola bilər.
Qablaşdırmanın vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Vakuum qablaşdırması şişmiş, deşilmiş və ya hermetikliyi pozulmuş məhsulların alınması tövsiyə edilmir. Eyni zamanda, kolbasanın rəngində, səthində və ümumi görünüşündə qeyri-adi dəyişikliklər də xəbərdarlıq siqnalı hesab olunur.
Ekspert qeyd edib ki, məhsulun səthində selik və yapışqanlıq, qeyri-adi ləkələr, rəng dəyişikliyi və kəskin xoşagəlməz qoxu müşahidə edilərsə, həmin məhsul alınmamalı və istehlak olunmamalıdır.
İlkin Şirinov endirimli məhsulların alınması zamanı da diqqətli olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda yararlılıq müddətinin bitməsinə az qalmış məhsullar digər məhsullarla birlikdə xüsusi paketlərdə satışa çıxarıla bilər. Buna görə də istehlakçılar endirimli kolbasa və sosiska alarkən həm məhsulun, həm də ümumi bağlamanın üzərindəki tarixləri ayrıca yoxlamalıdırlar.
Ekspert hesab edir ki, istehlakçılar yalnız məhsulun qiymətinə və tanınmış marka olmasına güvənməməlidirlər. Qida təhlükəsizliyi baxımından şübhə doğuran məhsulu dadına baxmaqla yoxlamaq düzgün yanaşma deyil. Belə hallarda məhsuldan istifadə edilməməli, mümkün olduqda qablaşdırma və alış qəbzi saxlanılaraq satıcıya qaytarılmalıdır.
Şirinov nəzarət mexanizmlərinin yalnız təhlükəli məhsul aşkarlandıqdan sonra işə düşməsinin düzgün yanaşma olmadığını da bildirib. Onun fikrincə, istehsalçı və ticarət müəssisələrinin anbarlarında mütəmadi monitorinqlər aparılmalı, sahibkarlara məhsulların saxlanma şəraiti, qablaşdırılması və digər qida təhlükəsizliyi tələbləri ilə bağlı təlimlər keçirilməlidir.
Ekspert əlavə edib ki, sahibkarlara saxlanma şəraiti, məhsul qonşuluğu və qablaşdırma ilə bağlı əvvəlcədən tövsiyə və tapşırıqlar verilməsi, daha sonra isə müvafiq tələblərə əməl olunmasına nəzarət edilməsi vacibdir. Lakin yararlılıq müddəti bitmiş məhsulların yenidən satışa çıxarılması məsələsində hər hansı güzəştə yol verilməməlidir.
Beləliklə, kolbasa və sosiska alarkən istehsal və son istifadə tarixini yoxlamaq, etiketi oxumaq, qablaşdırmanın bütövlüyünə, saxlanma temperaturuna, məhsulun rənginə və qoxusuna diqqət yetirmək istehlakçıların əməl etməli olduğu əsas qaydalardır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 19 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu idman xeberleri kriminal xeber metbuat