Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi, yetişdirilmə şəraiti və saxlanma müddəti istehlakçıları düşündürür.
Bəs mövsümündə yetişməyən meyvə və tərəvəzlər insan sağlamlığı üçün təhlükə yaradırmı? Belə məhsulların qida dəyəri mövsümündə yetişənlərlə müqayisədə nə dərəcədə fərqlənir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, mövsümündə yetişməyən meyvələrin istehlakı özlüyündə insan sağlamlığına zərər vermir.
"Bu cür məhsullar, əsasən, istixanalarda yetişdirilir və ya xarici ölkələrdən Azərbaycana gətirilir. Lakin sağlam qidalanma baxımından mövsümündə yetişən meyvələrə üstünlük vermək daha məqsədəuyğundur.
Mövsümündə yetişən meyvələrdən faydalanmaq daha yaxşı seçimdir. Mövsümündən kənar yetişdirilən məhsulların zərərli olduğunu demək düzgün olmasa da, onların istehlakında məhsulun yetişdirilmə və saxlanma şəraitini nəzərə almaq vacibdir".
Beləliklə, mövsümündə yetişməyən meyvə və tərəvəzlərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əsas məsələ məhsulların keyfiyyətinə, təzəliyinə və təhlükəsizliyinə diqqət yetirməkdir. İstehlakçılar meyvə və tərəvəz alarkən onların xarici görünüşü ilə yanaşı, mənşəyinə və saxlanma şəraitinə də fikir verməlidirlər.
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti