Qırmızı Ürəklər Fondu 3 şəhid ailəsini fərdi yaşayış evi ilə təmin etdi - FOTOLAR
QırmızıÜrəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdiyaşayış evləri təqdim edilib.
azxeber.com xəbər verir ki, 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərindəailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Evlərin açarlarının təqdimedilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva vəfondun əməkdaşları iştirak ediblər.
TədbirdəSevda Haqverdiyeva ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindənhəssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsiistiqamətində mühüm tədbirlər həyata keçirildiyi qeyd edib. O bildirdi ki, fondda dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsindədəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyətistiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir.Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda vədonorlara minnətdarlıqlarını bildiriblər.
"TarixYazan Qəhrəmanlarımız" layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilənianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləritəhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cürübünə kimi təhvil verilməsi planlaşdırılır.
Qeydedək ki, "Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarınıntəşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasənuşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər,gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.




Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR