Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb

Qırmızı Ürəklər Fondunun Qırmızı Ürəklər Fondunun aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə həyata keçirdiyi "Onu Oxut" aksiyası yekunlaşıb. 17-31 avqust 2026-cı il tarixində keçirilən aksiya çərçivəsində 700 nəfər tərəfindən ümumilikdə 9 523,90 AZN ianə edilib. Toplanan vəsait hesabına Bilik Günü öncəsi şagirdlərə məktəb çantası və yeni dərs ili üçün zəruri məktəb ləvazimatları təqdim olunub.
Aksiya 5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə təşkil edilib. Şagirdlərin müəyyənləşdirilməsi yerli icra orqanlarının dəstəyi ilə həyata keçirilib.
"Onu Oxut" çərçivəsində Bir ekosisteminin əməkdaşları arasında da xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada əməkdaşların hazırladığı müxtəlif şirniyyat və əl işləri təqdim edilib. 167 əməkdaşın iştirak etdiyi yarmarkadan əldə olunan vəsait aksiyaya ianə edilib.
Beləliklə, Fondun könüllülərinin fəal iştirakı və dəstəyi ilə məktəb çantaları və zəruri ləvazimatlar şagirdlərə çatdırılıb, ümumilikdə 150 şagirdin yeni dərs ilinə hazırlaşmasına töhfə verilib.
"Onu Oxut" Qırmızı Ürəklər Fondunun təhsilə dəstək istiqamətində həyata keçirdiyi sosial təşəbbüslərdən biridir. Fond daha əvvəl də sosial həssas qruplardan olan gənclərin təhsilinə dəstək göstərib. Bu dəfə isə dəstəyin ibtidai sinif şagirdlərinə yönəldilməsi ilə onların məktəbə hazırlığına töhfə verilib. Qırmızı Ürəklər Fondu təhsilə dəstək istiqamətində sosial təşəbbüslərini davam etdirəcək.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz / azxeber.com

İqtisadiyyat       Tarix: 12 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda xeber az cəbhədən son vəziyyət cəbhədən xəbər