"Qırmızı Ürəklər" Fondunun prezidenti Sevda Haqverdiyeva: "Etdiyimiz gözəl əməllər bizə geri qayıdır

2019-cu ilin sonlarında Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini fond olaraq davam etdirən "Qırmızı Ürəklər" ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. "Qırmızı Ürəklər" Fondu "Tarix yazan qəhrəmanlar","Vətən Bağı", "Hər şey mümkündür" və bir sıra digər sosial layihələri keçirməklə yanaşı şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir. "Qırmızı Ürəklər" və onun gördüyü işlər barədə məlumat almaq üçün Fondun prezidenti Sevda Haqverdiyevadan müsahibə aldıq.
- Sevda xanım, "Qırmızı Ürəklər" Fondu necə yarandı?
- "Qırmızı Ürəklər" 2019-ci ilin dekabr ayında Kapital Bank-ın 49 əməkdaşından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. İlk dönəmdə qrupun əsas məqsədi uşaq evlərini ziyarət etmək, uşaqlar üçün rəsm, mütaliə və əl işlərinə dair master-klaslar keçirmək idi. "COVID-19" virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində "Qırmızı Ürəklər" artıq bütün ölkə üzrə aztəminatlı ailələrə, ehtiyacı olan insanlara ərzaq yardımı etməyə başladı. 2020-ci ilin yay aylarında Tovuz rayonu istiqamətində cəbhədə yaranan gərginlik zamanı orada hərbi qulluq keçən igidlərimizə ilk dəfə "əsgər payı" göndərildi. Vətən müharibəsi dövründə "Qırmızı Ürəklər"in sıralarına bankın əməkdaşları ilə yanaşı digər vətəndaşlar və xaricdə yaşayan həmyerlilərimiz də qoşuldu. Beləliklə könüllülərin sayı 200-ü keçdi. Müharibə zamanı bütün qaynar nöqtələrə "əsgər payı" göndərilirdi, həmçinin 1500-dən çox əsgər ailəsi ziyarət olundu, müalicədən tutmuş müharibə iştirakçılarının evlərində təmir-tikinti işlərinə qədər hər cür maddi və mənəvi yardım göstərildi. Fəaliyyətini xeyli genişləndirən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də "Qırmızı Ürəklər" Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı.
- Sizcə, insanları könüllü olmağa sövq edən ən vacib amillər hansılardır?
- Başqalarına kömək etmək və faydalı olmaq insanlara gələcəyə, yaxşılığa inam hissini bəxş edir. Könüllülük fəaliyyəti yeni mühit və yeni dostluqlar gətirir. Komandalar və fərdlər arasında harmoniya yaradır.
Könüllülük fəaliyyəti Azərbaycan cəmiyyəti üçün əslində heç də yenilik deyil. Yardımsevərlik, ehtiyacı olana təmənnasız kömək göstərmək xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar min illərdir ki, yardımsevərliyi bir dəyər kimi qoruyub, yaşadıb, nəsildən-nəsilə ötürürlər.
Hal-hazırda komandamızda 200-dən çox könüllü müxtəlif layihə və aksiyalar üzrə Fondun fəaliyyətinə töhfə verir. Həyata keçirdiyimiz xeyriyyə aksiyalarından sonra yüzlərlə xoş sözləreşidirik. Könüllülərimiz "kaş ki siz o gözlərdə olan sevinci görəydiniz" deyirlər. Məhz bu kimi sözlər könüllüləri öz istirahət vaxtlarını belə xeyirxah işlərə sərf etməyə sövq edir. Məşhur ingilis yazıçısı LuisKerrolunbir sitatı var: "Həyatın ən vacib sirlərindən biri budur ki, etməli olduğumuz yeganə şeylər yalnız başqaları üçün etdiklərimizdir".
Düşünürəm ki, həyatda kiməsə dəstək olmaqdan, dar günündə əl tutmaqdan gözəl heçnə ola bilməz.
- Bəs siz Fond olaraq nədən ilham alırsınız?
- Fond olaraq gördüyümüz işlərin nəticəsini görəndə böyük məmnunluq hissi keçiririk. Nümunə olaraq bir hadisənidanışmaq istərdim. Vətən müharibəsindən sonra Fonda daxil olan müraciətlərin bəziləriqazilərimizin təhsil xərclərinin qarşılanması ilə bağlı idi. Təhsil xərclərinin ödənilməsinə dəstək olduğumuz qəhrəmanlarımızdan biribu yaxınlarda mənim "Facebook" səhifəmə yazdı. "O zaman çox çətin anımda mənə göstərdiyiniz dəstəyin həyatımda necə böyük bir dönüş nöqtəsi olduğunu təsvir edə bilmirəm. Elə həmin vaxtlar düşündüm ki, belə xeyirxah həmvətənlərimə görə canımı fəda etməyə dəyər. Gördüyünüz o xeyirxah işlər bəlkə də sizin üçün kiçik görünə bilər, lakin o toxunuşlarla insanların həyatına rəng qatıb, onları həyata tutunmağa sövq edirsiniz. Bunun isə ölçülə biləcək dəyəri, qiyməti yoxdur. Hal-hazırda mən Vətən Müharibəsi Qəhrəmanı kimi Prezident təqaüdü alıram. Artıq məndə sizin ianəçilərinizin siyahısında olacağam. Çünki Fondun şəffaflığına və düzgünlüyünə inanıram", - deyə mesajda bildirilirdi.Şəxsən tanımadığın, görüşmədiyin insanlardan bu cür xoş sözlər eşitmək bizləri ruhlandırır, həvəsləndirir və ilhamlandırır. Çox qürurverici bir haldır ki, nə vaxtsayardım etdiyimiz insanlar indi Fondun fəaliyyətinə töhfə verməyə çalışırlar. Fondun şüarı lap yerinə düşür: "Etdiyimiz gözəl əməllər bizə geri qayıdır".
- Hal-hazırda Fond hansı istiqamətlər üzrə fəaliyyət göstərir və bu il hansı layihələri həyata keçirib?
- "Qırmızı Ürəklər" Fondu prioritet olaraq özünə 3 fəaliyyət istiqaməti seçib. "Cəmiyyət", "Heyvanlar" və "Ətraf mühit". Bu istiqamətlər üzrə Fond öz büdcəsi, Türkiyə, Rusiya, Almaniya, ABŞ, Avstraliya və digər ölkələrdən olan, həmçinin yerli donorlar və xeyirxah insanların ianələri hesabına daim müxtəlif layihələr və yardım aksiyaları həyata keçirir.
2022-ci ildə Fond "Vətən Bağı","Tarix yazan qəhrəmanlar", "Hər şey mümkündür","Batareyaları təhvil ver, təbiəti qoru" layihələrini, Gənc Qan Donorlarının III  Ümumrespublika Forumunu, ehtiyacı olan insanlara ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarının ailələrinin himayəyə edilməsi, "Campbell Biologiya" kitabının tərcümə olunması və digər təşəbbüsləri həyata keçirib.
Aztəminatlı ailələrdən olan qızların təhsil alması istiqamətində bu il yeni layihəyəstart verməyi planlaşdırırq. Bu layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hacı Zeynalabdin Tağıyevin gözəl bir fikrini xatırlatmaq istərdim. O deyirdi ki, "bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Əminəm, bu layihə bizim ən uğurlu layihələrimizdən biri olacaq.
- "Qırmızı Ürəklər"in fəaliyyəti dövründə ən yadda qalan hadisələrdən birini danışa bilərsiniz?
- Əslində yadda qalan anlar, hadisələr çoxdur. Lakin məni ən çox heyran edən 44 günlük müharibə dövründə könüllülərimizin 24/7 rejimdə, istirahət etmədən 1500 əsgər ailəsini ziyarət edib, onlara həm maddi, həm də mənəvi yardımgöstərmələri oldu. Əsgərlərimiz ön cəbhədə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən gözləri arxada qalmasın deyə "Qırmızı Ürəklər" onların ailələrinə dəstək olmağa çalışırdı. Elə könüllülərimiz var idi ki, tək başına 200 əsgər ailəsinə yardım çatdırmışdı.Ona görə də bu işdə əməyi olan könüllülərimizi "arxa cəbhənin qəhrəmanları" adlandırırıq. Xatırlayırsınızsa, o vaxtlar VPN belə işləmirdi. Biz isə edilən yardımların hesabatlarını donorlara təqdim etməliydik.  Hesabatları göndərmək üçün könüllülərimiz digər rayona, qəsəbəyə, kəndə gedir, şəbəkə olan yeri tapır və hesabatları göndərirdilər. Çünki bizim fəaliyyətimizdə şəffaflıq və donara hesabatın dolğun təqdim edilməsi ən əsas amillərdən biridir.
- Sizcə, bu qədər insanın Fonda etimad göstərməsinin səbəbi nədir?
- İlk növbədə şəffaflıq. Biz müharibədən öncə də təşəbbüs qrupu olaraq bankdaxili əməkdaşlar arasında vəsait toplayıb müxtəlif xeyriyyə aksiyaları həyata keçirdirdik. Həmin vaxtda belə hesabatları hamı iləpaylaşırdıq. Müharibə dövründə bizim fəaliyyətimiz artıq şirkət, ölkə daxilindən  kənara çıxdı, Azərbaycanın hüdudlarını aşdı. Biz ianə edən hər bir şəxsə vəsaitinin hara xərcləndiyi ilə bağlı hesabat təqdim edirik. Bu da bizə olan etibarı, güvəni, inamı artırır. Bir məqamıda qeyd edim ki, insanlar fərqlidir və onların empatiya hissidə fərqlidir. Kimisi daha çox aztəminatlı ailələrə ərzaq yardımı etmək istəyir, kimisi təhsillə bağlı, kimisi heyvanlar, ekologiya ilə bağlı layihələrə öz töhfəsini verməyə çalışır. Bu səbəbdən  biz Fondun fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən donorların arzularına, istəklərinə hörmətlə yanaşıb onlara seçim vermək üçün  bir neçə istiqamət müəyyənləşdirmişik.
- Bəs "Qırmızı Ürəklər"ə necə dəstək göstərmək olar?
- Hər kəs Fondun veb-saytına (redhearts.az) daxil olaraq ianə edib bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri Kapital Bank terminalları, o cümlədən Birbankmobil tətbiqi vasitəsilə də etmək mümkündür. Digər terminallarda və tətbiqlərdə"Qırmızı Ürəklər"ə ianə etməkimkanının yaradılması üçün müvafiq addımlar atılır. Həmçinin Fondun veb-saytının  "Əlaqə" bölməsindəntəklif və rəyləri, könüllülük fəaliyyəti ilə bağlı müraciətləri bizə yönləndirmək olar. Verilən hər bir töhfə həyata keçirdiyimiz layihələr üçün olduqca vacibdir.
"Qırmızı Ürəklər" Fondunun 2022-ci ildə gördüyü işlərə dair videoçarx hazırlanıb: 

İqtisadiyyat       Tarix: 26 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbi

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər 2026 xeber.az bu gun sonxəbərlər cəbhədən son durum