Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb.
azxeber.com xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketləri təqdim olunaraq onların gündəlik ehtiyaclarının qarşılanmasına dəstək göstərilib.
Xeyriyyə təşəbbüsü çərçivəsində 150 ailə üçün nəzərdə tutulan ərzaq paketlərinin xərcləri "NORM Sement" şirkətinin dəstəyi ilə qarşılanıb. Digər 150 ailəyə təqdim olunan ərzaq paketləri isə Birbank filiallarında yerləşdirilən ianə qutuları vasitəsilə toplanan vəsait hesabına hazırlanıb. Beləliklə, şirkət dəstəyi ilə yanaşı, vətəndaşların könüllü ianələri də aksiyanın əhatə dairəsinin genişlənməsinə və daha çox ailəyə yardım göstərilməsinə töhfə verib.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. "Qırmızı Ürəklər Fondu"nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. 

İqtisadiyyat       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi

Qanlı Gölün yeni həyatı: "Kristal" göl ətrafınımüasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasınabaşlanılıb

Qızılın qiyməti aşağı düşüb

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saa

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-da

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri butun xeberler xeber az siyaseti xeberler bugun