Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq
Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq.
azxeber.com Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, işçilərə əmək haqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur:
"Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək. Bu mexanizmin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, əmək haqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək".
Nazir müavini əlavə edib ki, nəticədə, əmək haqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkar edilməsi və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq:
"Bununla yanaşı, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həmçinin əmək münasibətlərinin iştirakçıları üçün əmək haqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, həmçinin şəxsin gəlir tarixçəsi barədə məlumatların elektron qaydada əldə edilməsi imkanını yaradacaq".
Z.Əliyev vurğulayıb ki, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edəcək:
"Təklif olunan dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək".
Turlar.az [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü