Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür
Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb.
KONKRET.az "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamentin iclasında danışıb.
O, Gevorqyanın ailəsinə başsağlığı verərək həbsxanalarda məhbusların sağlamlığına nəzarət mexanizmlərinin araşdırılmasını vacib sayıb. Rubinyan müxalifətin Gevorqyanı siyasi məhbus kimi təqdim etməsini və onun ölümündə hakimiyyəti günahlandırmasını tənqid edib:
"Bu mövzunu siyasi spekulyasiyalar olmadan necə müzakirə etmək olar? Çox sadə: siyasi komponenti tamamilə kənarlaşdırmaqla. O zaman geriyə həbsxanalarda insanların sağlamlığına nəzarətin keyfiyyəti və mexanizmləri qalır. Gəlin bunu müzakirə edək".
Qeyd edək ki, "Güclü Ermənistan" partiyasının Stepanavan şəhərində keçirilən yerli seçkilər üzrə siyahısına rəhbərlik etmiş Arsen Gevorqyan noyabrın 10-da "Nubaraşen" penitensiar müəssisəsində vəfat edib. O, oktyabrın 21-də seçicilərə rüşvət vermək ittihamı ilə həbs olunmuşdu. Gevorqyan ittihamları qəbul etmirdi.
Məlumat üçün bildirək ki, ölüm faktı ilə bağlı cinayət işi başlanılıb və məhkəmə-tibbi ekspertiza təyin edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq