Qırmızı Xaç Komitəsi Qarabağdakı erməni separatçıları ilə "biznes" qurub — Dövlətimiz hərəkətə keçməlidir

Qırmızı Xaç Komitəsi Qarabağdakı erməni separatçıları ilə Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ iqtisadi rayonuna qaçaqmalçılığını aşkarladı. Məlumatlara görə, bəyan edilməyən telefon və aksesuarlar, siqaret və yanacaq məhsulları BQXK-nın nəqliyyat vasitələrində daşınırmış, özü də külli miqdarda...
Təkcə bu fakt sübut edir ki, BQKX "humanitar missiya" adı altında qaçaqmalçılıqla məşğul olur. Rəsmi məlumatda bunun komitənin ilk qanunsuzluğu olmadığı qeyd olunur. Bundan öncə dəfələrlə baş verən hallarla bağlı BQXK rəhbərliyinə məlumat verilsə də, qaçaqmalçılıq hallarına son qoyulmayıb və nəhayət, Azərbaycan öz ərazisində baş verən qanunsuzluğa son qoymaq üçün hərəkətə keçdi. 
Qaçaqmalçılıq faktı ilə bağlı cinayət işi açıldı, Laçın sərhəd-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlandı. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki heç bir ölkə öz ərazisində qaçaqmalçılığa icazə verə bilməz. 
Bu faktlar BQXK-nın Qarabağda hansı oyunlar çıxardığını, hansı qanunsuz fəaliyyətlər yerinə yetirdiyini gündəmə gətirir.
Silah qaçaqmalçılığı: BQXK erməniləri necə silahlandırır?
DSX-nın aşkarladığı faktlar BQXK-nın silah qaçaqmalçıığı ilə də məşğul ola biləcəyi ehtimalını önə çıxardı. Çünki Qarabağa silah girişinin bütün yolları ordumuz tərəfindən nəzarətə götürülüb, Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra belə cəhdlərin qarşısı alınıb, lakin ermənilər silahlanmadan imtina etmirlər. Burada ermənilər üçün "yeganə yol" BQXK-nın "humanitar missiyası" görünür. Mümkündür ki, BQXK-nın nəqliyyat vasitələrində silahlar daşınıb. Komitənin qaçaqmalçılıqla məşğul olduğu faktının ortaya çıxmasından sonra indiyə qədər silah daşınmadığına heç kim zəmanət verə bilməz.
Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda "biznes" qurub
Qaçaqmalçılıq yolu ilə daşınan malların erməni əhalisinə baha qiymətə satıldığı, yaxud komitənin öz nəqliyyat vasitələrini, əslində isə beynəlxalq humanitar missiyasını bu qaçaqlamılığa alət etməsi qarşılığında pul aldığı istisna edilməməlidir. Belə görünür ki, komitə qanunsuz biznes qurub. Çünki bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Azərbaycan heç nə qazanmadığı halda, Ermənistan məhsullarını satır, beləliklə, itirən biz oluruq, qazanan Ermənistan. Heç bir ölkə bunu qəbul etməz, o zaman, Azərbaycan niyə buna dözməlidir?!
BQXK-nın Qarabağdakı fəaliyyəti niyə qadağan edilməlidir?
Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir və 44 günlük müharibədə Azərbaycan işğala son qoydu, bunu de-fakto olaraq da təmin etdi. Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra isə nəzarət tamamilə bərpa olunub. Lakin BQXK-nın Qarabağdakı nümayəndəliyi İrəvandakı ofisə tabedir. Bu hüquqi baxımdan tamamilə qanunsuzdur. Çünki bura Azərbaycan ərazisidir və BQXK-nın Xankəndindəki nümayəndəliyi də Bakıdakı ofisə tabe olmalı, fəaliyyəti buradan yönləndirilməlidir. Beynəlxalq hüquq da, Azərbaycan qanunvericiliyi də bunu tələb edir, BQXK-nın hazırki fəaliyyəti isə həm beynəlxalq hüquqa, həm Azərbaycan qanunvericiliyinə ziddir.
Baş verənlər BQXK-nın anti-Azərbaycan mövqeyi fonunda da diqqət çəkir. Müharibə dövründə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana qarşı pis mövqe tutmuşdu, bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdi, rəsmi Bakıya qarşı ittihamlar irəli sürürdülər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur. Eyni fəaliyyəti indi də həyata keçirmədiklərinə heç kim zəmanət verə bilməz.
Artıq ortada konkret faktlar var və Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözməməli, vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 13 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler bu gunun xeberleri bugun xeberler axsam.az xeberler