Qış mövsümündə faydalı və zərərli QİDALAR

Qış mövsümündə faydalı və zərərli QİDALARQış fəslində orqanizm daha çox vitamin tələb edir. Ona görə də mütəxəssislər qeyd edirlər ki, qış mövsümündə xəstəliklərdən qorunmaq üçün ilk növbədə vitamin və faydalı qidalar vasitəsilə orqanizmi möhkəmləndirmək lazımdır. Qış fəslində ən çox istifadə edilən qidalardan biri də turşular olmasına baxmayaraq, tez-tez onun zərərləri və zəhərlənməyə səbəb olması hadisələri ilə  Hazırda dükan və bazarlarda turşuların açıq şəkildə müxtəlif taralarda satıldığının şahidi oluruq.
Qida ekspertləri isə qeyd edirlər ki, ümumiyyətlə alınan hər bir qida məhsulunun etiketini tələb etmək lazımdır, çünki bağlı şəkildə alınan konservlər, turşular, şirniyyatlar, hazır bişirilmiş un məmulatlarının mənşəyi məlum deyilsə, ciddi təhlükə daşıyır.
KONKRET.az xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov mövzu ilə bağlı deyib: "Hazırda həmin məhsulların istehsalı ilə məşğul olaraq onun yarımfabrikat şəkildə satışını həyata keçirən müəssisələr var. Bu zaman əldə olunmuş məhsulun üzərindəki etiket məmulatlarına, istehsalçının adı, hüququ ünvanı, istehsal olunmuş məhsulun saxlanılması üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəriciləri, 100 qram məhsulun tərkibindəki qida və kalori dəyəri və digər məlumatlar öz əksini tapmalıdır".
Mütəxəssislər isə tövsiyə edirlər ki, soyuq aylarda balanslı qidalanmaq lazımdır. Eyni zamanda havaların soyuması gündəlik yeməyin qəbuluna təsir etməməlidir, gün ərzində çoxlu su içilməlidir.
Diyetoloq Leyla Zülfüqarlı deyib: "Payız-qış mövsümü daha çox tərəvəz yeməyə məcbur edən mövsümdür. Tərəvəzlərin bir çox çeşidləri, məsələn, kök və kələmin bir çox növlərindən daha çox istifadə edilməlidir. Qışda xüsusilə kələmin bir çox növləri – qırmızı kələm, Brüssel kələmi, brokkoli, kahı və s. növləri ilə daha çox qidalanmaq lazımdır".
Qida məhsullarını alarkən istehsal tarixi, saxlama müddəti və şəraitinə əməl etmək lazımdır. Əks təqdirdə sağlamlıq təhlükə altına düşmüş olur.

Sağlamlıq       Tarix: 09 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler