Qısqanc kişi keçmiş arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

Qısqanc kişi keçmiş arvadına xəsarət yetirdi - TƏFƏRRÜATBakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Murad qısqanclıq zəminində yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib. 
KONKRET.az xəbər verir ki, hadisə Xətai rayonu, Sadıqcan küçəsindəki mənzildə baş verib.
Murad mənzilin dəhlizində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyüb.
Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Ləmanla birgə yaşadığı mənzilin dəhlizində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əsəbiləşib, onu əli ilə başından vurub. O deyib ki, daha sonra əməlindən peşman olub, Ləman ilə barışıb.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləman bildirib ki, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Murad qısqanclıq zəminində onunla mübahisə edib və əli ilə bədəninin müxtəlif yerlərinə xəsarət yetirib. Qeyd edib ki, bu səbəbdən polisə şikayət edib: "Murad məndən üzr istədi. Bu səbəbdən onunla barışdım. Ona qarşı heç bir şikayətim yoxdur".
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Muradın barəsində olan  cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.//Demokrat.az

Hadisə       Tarix: 15 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər son xeberler 2026 zelzele xeberler