Qiymətləndiricilər Palatası nəyi qiymətləndirəcək?

Qiymətləndiricilər Palatası nəyi qiymətləndirəcək?Vüqar Oruc: "İnanırıq ki, qanun tam obyektiv, sektora xeyir gətirəcək formada icra ediləcək"
Bütün dünyada cəmiyyətin hər bir təbəqəsinin aktiv təmasda olduğu qiymətləndiricilər Azərbaycanda hələ də layiqli yerini tuta bilməyib. Halbuki bu gün avtomobili ilə qəza edən şəxsdən tutmuş, həbs olunaraq əmlakı müsadirə edilən, əmlakını sığortaladan, özəlləşdirən, ipoteka ilə əmlak alan, boşanan, vərəsəlik hüququ yaranan şəxslərə qədər hər kəsin qiymətləndiricilərə "işi" düşür. Böyük əksəriyyətimiz məhz bu zaman qiymətləndirici işi ilə tanış oluruq: birimiz razı, birimiz narazı qalmaqla. 
2024-cü ildən ölkədə qiymətləndirmə sahəsində fəaliyyətləri tənzimləyən yeni qanun qüvvəyə minib. Xatırladaq ki, Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanun ilk dəfə 1998-ci ildə qəbul edilib. Ancaq ötən müddət ərzində bu sahədə bəzi boşluqlar yaranıb və yeni bir qanuna ehtiyac duyulub. Ötən il qəbul edilən və dekabrın 30-da Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanuna əsasən, qiymətləndirmə fəaliyyətinin daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin, debitor və kreditor borcların, material ehtiyatlarının və digər aktivlərin və öhdəliklərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin, risklərin, xidmətlərin və s. qiymətləndirilməsi kimi istiqamətləri nəzərdə tutulub.
Qanun Azərbaycanda qiymətləndirmə fəaliyyətinin Qiymətləndiricilər Palatası tərəfindən tənzimlənməsini nəzərdə tutur. Sənədə əsasən, Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.
Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər. 
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahandan keçəcəklər. Qanuna əsasən, qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.
Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.
Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir.
Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Qanuna görə, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları yazılı testdən ibarət olmaqla, qiymətləndirmə fəaliyyətinin istiqamətləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçiriləcək.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır.
İxtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanunda nəzərdə tutulmuş qaydada ixtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə ixtisas şəhadətnaməsinin surəti və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsi əlavə olunur. Müraciət edən şəxsdən əlavə sənədlər tələb edilə bilməz.
Qiymətləndirici tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və qiymətləndiricinin etik davranış qaydalarının tələbləri pozulduqda İntizam Komissiyasının rəyi əsasında Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti qiymətləndiriciyə töhmət; 3 (üç) aydan 1 (bir) il müddətinədək qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması kimi intizam tədbiri tətbiq edə bilər. Bu qanunda göstərilmiş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan qiymətləndiriciyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.
Qiymətləndirici haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi gündən isə 1 (bir) il müddətində tətbiq edilir.
Barəsində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması haqqında qərar qəbul edilmiş qiymətləndirici həmin müddətdə Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə və Qiymətləndiricilərin İntizam Komissiyasına üzv seçilə bilməz.
Qiymətləndirici intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə qərardan məhkəməyə şikayət verə bilər.
Qanuna əsasən, Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri iki dəfədən artıq seçilə bilməyəcək. Sənədə görə, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək. Məcburi qiymətləndirmə 2027-ci il iyulun 1-dən 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla biləcək.
Qanunda qiymətləndirmənin aparılmasına tətbiq ediləcək məhdudiyyətlər də yer alıb. Belə ki, qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz.
Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir.
Nazirlər Kabineti bir neçə gün əvvəl Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə təşkilat komitəsinin yaradılması haqqında qərar qəbul edib. Qərara əsasən, komitəyə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Sevinc İsmayılova, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini - hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri Nuranə Abbasova, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini Ramiz Qarayev, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası Vüsal Abbasov daxil edilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, rəhbərlik etdiyi qurum 1999-cu ildən indiyədək qiymətləndirmə sahəsində tənzimləyici vəzifəsini icra edib: "Lakin biz ictimai peşə birliyi olduğumuza görə əlimizdə inzibati rıçaqlar olmayıb. Biz bununla bağlı daim dövlət orqanlarına müraciət etmişik. Bir sıra dövlət qurumları - İpoteka və Kredit Zəmanət Fondu, Miqrasiya Xidməti də daxil olmaqla, həmçinin əsas banklar əməkdaşlıq üçün bizim cəmiyyətin üzvlüyünü əsas tələb kimi müəyyənləşdiriblər. Yəni əsas peşə birliyi kimi AQC-ni tanıyıblar. Bizim əlimizdə qiymətləndirici peşəsinə layiq olmayan fəaliyyətlərə görə kimlərisə cəzalandırmaq, inzibati tənbeh yolu ilə çəkindirmək kimi səlahiyyətlərimiz olmayıb. Buna görə də daim dövlət qurumlarına müraciət etmişik, Mərkəzi Bank və digər qurumlarda görüşlər keçirmişik. Nəhayət, şükürlər olsun ki, ötən il qiymətləndirmə qanunvericiliyi yeniləndi, biz bu prosesdə də iştirak etdik, Milli Məclisin komitə iclasındakı müzakirələrdə olduq. Yeni qanuna əsasən, 6 ay müddətində Qiymətləndiricilər Palatası formalaşdırılmalıdır, təşkilat komitəsi də yaradılıb. Düşünürəm ki, indiyədək qiymətləndirmə sahəsi ilə bağlı əsaslı proseslərdə olduğu kimi, palatanın formalaşdırılmasında da AQC ilə əməkdaşlıq ediləcək və biz bu prosesə də öz töhfəmizi verəcəyik. Çünki qiymətləndirmə fəaliyyəti ilə məşğul demək olar ki, bütün sağlam, şəffaf təşkilatlar cəmiyyətimizdə birləşib".
Cəmiyyət rəhbəri bildirir ki, yeni qanun müasir tələblərə cavab verir və onun keyfiyyətli icrası Azərbaycanda qiymətləndirmə sahəsində böyük inkişafa səbəb olacaq: "İnanırıq ki, qanun tam obyektiv, sektora xeyir gətirəcək formada icra ediləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən bizimlə təmasa keçilib, ilk növbədə imtahan üçün sual bankı yaradılmalıdır. AQC-nin belə imtahanların keçirilməsi sahəsində çoxillik təcrübəsi, peşəkar mütəxəssisləri var. Yəni bu sahədə əlimizdən gələni edəcəyik ki, proses peşəkarların qiymətləndirmə sahəsində layiqli yerini alması, qanunvericilikdəki boşluqdan yararlanıb sahəyə gələn təsadüfi adamların kənarlaşması ilə nəticələnsin. Hesab edirəm ki, palata yarandıqdan sonra qiymətləndirmə sahəsində də audit fəaliyyəti sahəsindəki kimi uğurlu inkişafa nail olunacaq". / azxeber.com

İqtisadiyyat       Tarix: 13 mart 2024
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun kriminal hava haqqinda havanın temperaturu