Qiymətlər və kredit faizləri yüksəlib, satışlar dayanıb - HAMI GÖZLƏYİR

Qiymətlər və kredit faizləri yüksəlib, satışlar dayanıb - HAMI GÖZLƏYİRHazırda ölkə daxilində biznes aləmində nisbi sakitlik hökm sürür. Əksər sahibkarlar işlərin zəif olduğunu, qazancın gəliri örtmədiyini bildirir. Bununla yanaşı, nəğd pul kütləsinin dövriyyədən çəkildiyi hiss edilir, istər iaşə obyektləri, istər kiçik biznes sahibləri, istərsə də avtomobil satışı ilə məşğul olanların hamısı hazırkı vəziyyətdən şikayətlənir.
Mövzunu KONKRET.az-a dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ölkədə iqtisadi aktivliyin zəif olması iqtisadi parametrlərdə də özünü göstərir: "Məsələn, iqtisadiyyatın ötən dövr ərzində 0.8 faiz böyüməsi buna bir işarədir. Düşünürəm ki, bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri büdcə xərcləmələrinin işğaldan azad edilən ərazilər istiqamətində konsentrasiyası ola bilər.
Çünki Azərbaycan iqtisadiyyatının lokomotivi dövlət istehlakıdır və son üç ildə də əsas xərc istiqaməti daha çox işğaldan azad edilən ərazilərə yönəlib. Bu ərazilərdə də xarici şirkətlər daha çox fəaliyyət göstərir ki, bu da mənfəət formasında həmin gəlirlərin bir qisminin ölkədən çıxarılması ilə nəticələnir. Eyni zamanda, xərclərin də əhəmiyyətli bir hissəsi daha çox idxalın payına düşdüyü üçün iqtisadiyyatda həmin vəsaitlərin xərclənməsindən yaranan multiplikativ effekt aşağı düşür. Çünki vəsait nə qədər sürətlə ölkədən çıxırsa, onun iqtisadi aktivliyə təsiri də az olur və ondan faydalanma imkanları məhdudlaşır.
Eyni zamanda, burada iqtisadi aktorların sayı məsələsi də var. Belə ki, sözügedən investisiyalar iqtisadiyyata yönəldiləndə, daha çox iqtisadi subyekt bundan faydalana bilirdi və gəlirlərin bölüşdürülməsi imkanları daha geniş idi. Amma azad edilən ərazilərdə nisbətən daha az sayda yerli şirkətlər fəaliyyət göstərir və bu da gəlirlərin bölüşdürülməsi istiqamətində mexanizmin zəifləməsinə gətirib çıxarır".
Həsənov digər məqamın pandemiyadan sonra yaranan iqtisadi depressiv mühitlə əlaqəli olduğu qənaətindədir: "Faktiki olaraq Azərbaycan iqtisadiyyatında son bir neçə ildə əsasən bu sektorlar daha çox önə çıxır:
1) emal sənayesi;
2) turizm;
3) informasiya və rabitə xidmətləri sahəsi.
Bunların hər birinin iqtisadiyyatda payı çox kiçikdir, baxmayaraq ki, daha ciddi aktivlik müşahidə edilir, daha böyük artım dinamikaları var. Bütün iqtisadiyyata, eyni zamanda, iqtisadi subyektlərə, vətəndaşların həyat tərzinə, onların gəlirlərinə, rifahına təsiri daha aşağı olur. Əvvəlki dövrlərdə uzun müddət Azərbaycanda tikinti sektoru daha çox önə çıxırdı və sürətlə böyüyürdü. Hətta bu sahənin iqtisadiyyatda payı 10 faizə qədər çatmışdı. Bu böyümənin iqtisadiyyata, iqtisadi subyektlərə təsiri daha geniş idi. İndi isə bu sektorda proses tam əksinə baş verir. Yəni bu sektorun iqtisadiyyatda çəkisi artıq 7 faizə qədər azalıb".
Ekspertin fikrincə, Azərbaycan artıq orta gəlir tələsinə düşmüş ölkə kimi xarakterizə oluna bilər. "Çünki 14 ildən artıqdır ki, gəlir pilləsində növbəti mərhələyə adlaya bilmir. Yəni mövcud iqtisadi, sosial və siyasi sistem iqtisadiyyatı bura qədər gətirə bilib deyə düşünə bilərik. Ona görə də bundan sonrakı yeni inkişaf mərhələsi fundamental islahatlar, ciddi dərinləşdirilmiş liberal iqtisadiyyata keçid kimi tələblər ortaya qoyur", – deyə müsahibimiz fikrini əsaslandırıb.
Onun sözlərinə görə, quru sərhədlərin bağlı olmasının da bu və ya digər şəkildə fərdi və mikrosahibkarlığa təsiri qaçılmazdır: "Çünki hazırda daha çox böyük şirkətlər səviyyəsində ixrac prosesi icra olunur, bu da mikrosubyektlərin, fərdi vətəndaşların bu imkanlardan faydalanması üçün şərtləri çətinləşdirir. Yəni bütün bunlar ölkədəki mövcud iqtisadi durğunluğu şərtləndirir".
Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, Mərkəzi Bank nəğd pul kütləsinin dövriyyədə artmasını elan edib və cüzi də olsa, artım var idi: "Mərkəzi Bank uçot dərəcəsini artırdıqca, avtomobil və mənzil bazarında kreditlərin verilməsində müəyyən çətinliklər yarandı. Mərkəzi Bank isə bunu inflyasiya ilə mübarizə çərçivəsində edirdi. Nəticə etibarilə ipoteka və avtomobil kreditlərinin verilməsində müəyyən azalmalar müşahidə olundu. Bu iki seqmentdə durğunluğun səbəbləri bununla bağlıdır: qiymətlər və kredit faizləri yüksəlib, satışlar dayanıb və gözləmə mövqeyi yaranıb. Hamı gözləyir ki, bir müddətdən sonra yəqin ki, müəyyən dəyişikliklər olacaq".
Ekspert təəssüflə bildirir ki, hazırda Azərbaycanda əvvəlki iqtisadi aktivlik müşahidə olunmur: "Əvvəl ümumi daxili məhsulda artım var idi, son illərdə isə bu artım zəifləyib. Yəni keçən il 1 faiz civarında oldu, bu il 2-3 faiz olacağı gözlənilir. İqtisadi aktivlik, iqtisadiyyatın artım tempi də aşağı düşdüyündən, bu da bazarda müəyyən durğunluğa səbəb olur".
İqtisadçı əlavə edib ki, bir çox amillər var və bu amillər üst-üstə düşəndə biznes çevrələrində dövriyyənin və gəlirlərin azalması kimi şikayətlər meydana çıxır ki, bu da təbiidir: "Çünki dövriyyədə azalmalar olanda, gəlirlər də azalır".
Mərahim Nəsib,
KONKRET.az

Sosial       Tarix: 24 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən görüntüleri sonxeber az enson xeberler