Qızılın qiyməti 5 min dolları ötüb
Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min dollar səviyyəsini keçib.
KONKRET.az xəbər verir ki, COMEX-də (aprel 2026 kontraktı) qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar təşkil edib ki, bu da sutka ərzində 67,6 dollar və ya 1,37% artım deməkdir. Spot bazarda isə qızıl 4 987 dollar səviyyəsində qərarlaşıb və 1,04% bahalaşıb.
Eyni zamanda, digər qiymətli metallar üzrə də yüksəliş müşahidə olunur. Gümüş COMEX-də 5,15% artımla 101,33 dollar, platin spot bazarda 5,35% yüksəlişlə 2 778 dollar, mis isə 2,92% artımla 594,75 sent/funt səviyyəsinə qalxıb.
Analitiklər qiymətlərin yüksəlişini əsasən qlobal geosiyasi risklərin artması, mərkəzi bankların qızıla tələbinin güclənməsi, inflyasiya və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklər, eləcə də investorların "təhlükəsiz liman" aktivlərinə yönəlməsi ilə izah edirlər. ABŞ dollarının mövqeyində dalğalanmalar və maliyyə bazarlarında risk iştahının zəifləməsi də qızılın qiymətini dəstəkləyən amillər sırasındadır.
Xidmetler [newsid: 0-123300]

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
Xoşqədəm Hidayətqızı və Doğuşun istirahət - FOTOLARI
Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama