"Qızlara ağ yaraşır" daha bir Qran-pri qazandı

Azercell və Azərbaycan Cüdo Federasiyasının "Qızlara ağ yaraşır" layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!
Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Qızlara ağ yaraşır" layihəsi Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında — "Red Jolbors"da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə yanaşı, layihə 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb. "Qızlara ağ yaraşır" 6 ölkədən (Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya) daxil olan 509 müraciət arasından aşağıdakı nominasiyalar üzrə qalib seçilib:
Festivalın 2023-cü il üçün Qran-pri mükafatı
"PR Kampaniyaları" kateqoriyasında qızıl mükafat
"PR Strategiyası" kateqoriyasında qızıl mükafat
 "Kampaniya Strategiyası" kateqoriyasında qızıl mükafat
"İnteqrasiya Olunmuş Reklam Kampaniyası" kateqoriyasında gümüş mükafat
"Sosial film" kateqoriyasında bürünc mükafat
"Tərəfdaşlıq" kateqoriyasında bürünc mükafat
Jüri qismində isə Böyük Britaniya, Malayziya, Rusiya, İtaliya və Yeni Zelandiyadan olan reklam peşəkarları çıxış ediblər. Qeyd edək ki, "Qızlara ağ yaraşır" kampaniyasının yaradıcı tərəfdaşı "Endorphin" reklam agentliyidir.
Bu, "Qızlara ağ yaraşır" sosial layihəsinin qalib gəldiyi ikinci beynəlxalq festival və qazandığı ikinci qran-pri mükafatıdır. Belə ki, layihə ötən ay Gürcüstanda baş tutmuş "Ad Black Sea" festivalında da 13 kateqoriyanın 6-da mükafata layiq görülmüşdü.
"Azercell Telekom" MMC-nin Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi "Qızlara ağ yaraşır" sosial layihəsi qızları inkişaf və idmana cəlb etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
"Qızlara ağ yaraşır" çərçivəsində Azərbaycan Cüdo Federasiyası cüdo məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
"Qızlara ağ yaraşır" layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: / azxeber.com

İqtisadiyyat       Tarix: 11 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri