Qlobal iqlim dəyişikliyinin qarşısı necə alınacaq? - Təbiət bizdən qisas alır

Qlobal iqlim dəyişikliyinin qarşısı necə alınacaq? - Təbiət bizdən qisas alırİqlim dəyişikliyi inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrə təsir edən dövrümüzün ən mühüm qlobal problemlərindən biridir.
Qlobal iqlim dəyişikliyi yer kürəsində ekoloji tarazlığın və enerji balansının pozulmasına səbəb olur ki, bu da ətraf mühitə təsirsiz ötüşmür. Son dövrlərdə dünyada baş verən ekstremal hava hadisələri bunun ən mühüm göstəricisidir. Bu gün dünyanın qabaqcıl ölkələri iqlim fəlakəti ilə bağlı xəbərdarlıqlar edirlər. Dünyanın iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsində olduğu, iqlim fəlakətinin qapıda olduğu vurğulanır.
Bəs, bu ekoloji fəlakətin qarşısını necə almaq olar?
Azərbaycanda bununla bağlı nə kimi tədbirlər görülə bilər?
Qlobal iqlim dəyişikliyinin qarşısı necə alınacaq? - Təbiət bizdən qisas alırMövzu ilə bağlı AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev azxeber.com-a açıqlama verib.
O iqlim dəyişkliyinin qlobal xarakter daşıdığını, buna qarşı dünya miqyasında tədbirlərin görülməsinin lazım olduğunu deyib:
"İqlim dəyişikliyi təbiətdən gəlir. Ayrı-ayrı lokal yerlərdə baş vermir. Ölkələr buna qarşı lokal xarakterli tədbirlər görə bilməzlər.
150-dən çox ölkənin imzaladığı Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası var. Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər paketi mövcuddur. Bütün bunlar iqlim dəyişmələrinə qarşı birlikdə hərəkət etməyə yönəlib. Birlikdə mübarizənin əsas nöqtəsi odur ki, ətraf mühitə buraxılan istilik effekti yaradan qazlar azaldılsın. Bu qazlar enerji istehsalından yaranır. Bizim ölkəmizdə belə istixanalar var. Dünyada bu istiqamətdən böyük hərəkətlənmə gedir ki, istixanalar azaldılsın".
İslam Mustafayev iqlim dəyişmələrinə adaptasiya tədbirlərinin həyata keçirilməsinin vacib olduğunu söyləyib:
"Suvarma sularına qənaət etmək, qış sularının saxlanılması, qasırğalar, sellər, daşqınlara qarşı bəndlərin həyata keçirilməsi kimi tədbirlər görmək olar.
Azərbaycanda da adaptasiya tədbirləri görülə bilər. Məsələ ilə bağlı bir çox ölkələr müəyyən öhdəliklər üzərlərinə götürüblər. Bu öhdələklərə qarşı işlər görülür. 2050-ci ildə istilik yaradan qazların miqdarının sıfıra çatdırılacağı gözlənilir. Ümid edirəm ki, bu planla iqlim dəyişməsinin sürəti, tempratur artımı azalacaq. Bununla da insanlıq baş verən bu fəlakətdən can qurtaracaq".
Qlobal iqlim dəyişikliyinin qarşısı necə alınacaq? - Təbiət bizdən qisas alırMövzu ilə bağlı azxeber.com-a danışan ekoloq Telman Zeynalov bildirib ki, ekoloji tarazlığın bərpası üçün təbiətə vurulan ziyanın həcmi azaldılmalıdır:
"İqlim dəyişikliyinə uyğunlaşmaq lazımdır. Biz isə uyğunlaşmırıq, təbiəti dağıdırıq. Təbiət bizdən intiqam alır. Maqnit şüaları öz istiqamətini dəyişib. Bunu araşdırmaq lazımdır. Nəyə görə maqnit şüaları öz istiqamətini dəyişib? Yer kürəsi də öz istiqamətini dəyişərək şimal tərəfə-günəşə doğru dönüb. İqlimlə mübarizə aparmaq üçün dövlətlərin qabaqlayıcı tədbirlər görməsinə ehtiyac var. Ancaq əksinə iqlimi qızışdırırlar. Ekoloji çirklənmənin qarşısı alınmazsa, bu proses daha da dərinləşəcək. Bunun üçün ilk növbədə tullantıları idarə etmək lazımdır. Hər addımda tullantılar yaradılır. Tullantılar yığıldıqca, cürüyüb karbon qazı, metan qazı yaradır".
Ekoloq hesab edir ki, qlobal iqlim dəyişikliyinə səbəb insan faktorudur:
"Həddindən artıq istiləşmə və həddindən artıq soyuma nəticəsində canlıların məhv olma riski var. Təbiətdəki bu dəyişiklik nəticəsində bir çox canlılar yox olur. İqlim dəyişikliyinin ən böyük səbəblərindən biri də atmosferdə temperaturun artmasıdır. Son illərdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar hava və iqlim dinamikasında müəyyən dəyişikliklər müşahidə olunur. Amma insanlar bunun fərqində deyil. İnsanlar təbiətin özü-özünü sağaltmasına imkan vermir.
Baş verən iqlim dəyişikləri bir çox problemlərin üzə çıxmasına səbəb olub. Xüsusilə qlobal səviyyədə istiləşmə artır, şimal ərazilərdə buzlaqların əriməsi, intensiv yağışların artması və ərazilərin su altında qalması, təsərrüfata, insan sağlamlığına ziyan vurur".
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.
Qlobal iqlim dəyişikliyinin qarşısı necə alınacaq? - Təbiət bizdən qisas alır

Sosial       Tarix: 10 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 son xabarlar cəbhədən son dəqiqə maşın realiti şou