Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏR

Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏRYaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib.
Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.
Dolların möhkəmlənməsi onun "təhlükəsiz liman" valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.
Dedollarizasiyanın sonu gəlir?
Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.
Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.
Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.
Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib:
"Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.
İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir.Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlük görünmür".

Sosial       Tarix: 25 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi (İB) məlumat yayıb. Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının arada

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler krminal bu gun azerbaycan son xeber bugun en son xeberler bu gun