Qlobal qida qiymətlərinin ucuzlaşması niyə ölkələrə təsir etmir? - SƏBƏBLƏR

Qlobal qida qiymətlərinin ucuzlaşması niyə ölkələrə təsir etmir? - SƏBƏBLƏRQlobal qida qiymətləri beşinci aydır ki, ucuzlaşır, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.  Mart ayında qiymətlərin aşağı düşməsi rekord həddə çatdıqdan sonra dünya ərzaq qiymətlərində ucuzlaşma davam edir. Bu vəziyyətin ölkələrdəki ərzaq məhsullarının qiymətlərinə təsiri isə maraq doğurur. Bəs yaxın gələcəkdə ölkəmizdə ərzaq məhsullarının qiymətlərində dəyişiklik edilməsi gözlənilirmi?
İqtisadçı ekspert Elman Sadıqov məsələ ilə bağlı fikirlərin KONKRET.az-a bildirib.
"İnflyasiyanın iki cür təsiri var: ani təsir, yəni hər hansı məhsulun qiyməti artıqda o, xammalın qiymətinə birbaşa təsir edir. Məsələn, neftin qiyməti artarsa, digər neft məhsullarının da qiymətində artım müşahidə edə bilərik. Biri də var, "lag" və ya gecikmə effekti. Yəni hər hansı bir məhsulun qiyməti artarkən o, bazara bir neçə ay sonra təsir edir. Məsələn, bazara buraxılan nağd pul bazarda həmin dəqiqə inflyasiya yarada bilməz. Bu baxımdan ərzaq qiymətlərinin 2020-ci ildən 2022-ci ilin mart-aprel ayına qədər azalmaya doğru getməsi həmin azalmanın bazara ani təsir edəcəyi anlamına gəlmir. Dünya bazarında ərzaq məhsullarının qiymətinin müəyyən dərəcədə düşməsi bir sıra ölkələrə ani təsir göstərir. Bəzi ölkələrdə ərzaq inflyasiyası dayanıb, bir qismində isə nəinki aşağı düşüb, hətta qiymətlərin nisbətən enməsi də müşahidə olunur. Lakin qiymətlərin aşağı düşmə tempi artım tempindən qat-qat zəifdir".
Ekspert onu da qeyd edib ki, dünyada bəzi risklərin qalması ərzaq qiymətlərinə təsir edir: "Rusiya-Ukrayna müharibəsi, pandemiyanın hələ də davam etməsi, o cümlədən qış fəslinin yaxınlaşması bu risklərə daxildir. Əsas məsələlərdən biri isə logistikadır. Yəni birjadan alınan ərzaqların müxtəlif ölkələrə çatdırılmasında qiymətlər azalmayıb, əksinə, artıb. Bu da o deməkdir ki, hansı ölkələrdə ərzaq birjaları var, ərzaq istehsalı var, həmin ərzağın bənzər ölkələrdəki qiymətinə birbaşa təsir göstərir. Bəzi ölkələr isə qida məhsullarını başqa ölkələrdən alır, daşınma qiymətlərinin yüksək olması səbəbindən ərzaq qiymətlərindəki ucuzlaşma ölkədə hiss olunmur".Qlobal qida qiymətlərinin ucuzlaşması niyə ölkələrə təsir etmir? - SƏBƏBLƏRƏrzaq qiymətlərinin artımının digər ölkələrdəki artımla müqayisə olunması məsələsi araşdırılmalıdır. Bəzi analizlər göstərir ki, ərzaq qiymətlərində dəyərindən daha çox artımı müşahidə olunur. İnflyasiya nəticəsində obyektiv artımlarla yanaşı, subyektiv artımlar da var. Məsələn, obyektiv 30 faiz artım varsa, 10-20 faiz də subyektiv artımın olması qiymətlərin aşağı düşməməsinə səbəb olur. Dünya ölkələrinin bu kimi məsələləri təhlil etməsi önəmlidir. Məhz bu səbəblərə görə də biz ərzaq ehtiyatlarının artması və ya qlobal qida qiymətlərinin azalmasının ölkələrə təsirini çox az hiss edə bilirik".
Arifə Kərimzadə,
KONKRET.az

Sosial       Tarix: 20 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər son xeberler bugun 2026 canli valyuta mezennesi xabarlar