QMİ-dən Həcc ziyarətinə uşaq aparmaqla bağlı xəbərlərə MÜNASİBƏT

QMİ-dən Həcc ziyarətinə uşaq aparmaqla bağlı xəbərlərə MÜNASİBƏTHələlik Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib.
Bunu Trend-ə açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
"Biz körpə uşaqları aparmırıq. Ötən il də belə etdik. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Bizə bununla bağlı müraciət edənlər yoxdur, sadəcə soruşurlar. Biz də tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.
Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.
Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.
Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.
Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.
2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar "Nusuk" tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər. / azxeber.com

Sosial       Tarix: 17 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Paytaxtın bu yolları bağlı olacaq

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Bu maşınlar kəskin bahalaşdı - FOTO

Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin artım müşahidə olunur. Yen

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığ

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele en son xəbərlər bugün cəbhədən canlı cəbhədən son xeber